...

Bərdə polisi silah aşkar edib

Siyasət Materials 7 Yanvar 2008 21:08 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayon polis şöbəsinin apardığı təbliğat nəticəsində, rayonun ərazisinda xeyli sayda silah - sursat  tapılıb. Rayon polis şöbəsinin rəisi Agalar Məhərrəmovun verdiyi məlumata görə, vətəndaşlar arasında aparılan təbliğat va təşviqat kampaniyası nəticəsində yerli sakinlər könüllü olaraq polis şöbəsinə silah - sursat təhvil veriblər. Bunlar 4 avtomat, 5 tüfəng, 4 əl qumbarası və 1200 ədəd müxtəlif silahların patronudur. Məharrəmovun sozlərinə görə, anonim zəng əsasında polis  şöbəsinin əməkdasları tərəfindən 4 tapança, 1ədəd AKS silahı va 1 ədəd tüfəng və  patron darağı askar olunaraq götürüb.Tapılan butun sursatlar Daxili Islər Nazirliyinin xüsusi şöbəsinə göndərilib, bu silahlarla har hansı cinayat töradilib-törədilmədiyi müəyyən olunacaq.Qeyd edək ki, Bərdə rayon polis şöbəsinin rəisi Məhərrəmov vəzifəsinə yeni təyin edilib. 

Xəbər lenti

Xəbər lenti