Azərbaycna, Bakı, 9 yanvar / Trend , müxbir A.Qasımova / Vaşinqtonun aparıcı ekspertlərindən olan İlan Berman hesab edir ki, ABŞ prezidenti Corc Buşun Yaxın Şərqə bugünkü səfərinin əsas məqsədi - Amerika siyasətinə olan inamın bərpa edilməsidir.
Buş bu gün Yaxışn Şərqə altı ölkə üzrə səkkiz günlük səfər edib.
Ağ Evdə olduğu müddətdə ilk dəfə olaraq İsrailə səfər edən prezident, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirdə olacaq.
"Yaxın Şərqə səfərin əsas məqsədindən biri, əlbəttə, İran məsələsidir. ABŞ Milli Kəşfiyyat Xidmətinin İranı keçən il üzrə ümumi qiymətləndirən məlumatı, ABŞ-ın İrana qarşı siyasətini kökündən dəyişdi", - deyə çərşənbə günü Vaşinqton Şurasının xarici siyasət üzrə vitse-prezidenti Bermen Trend ə elektron ünvan vasitəsi ilə cavab verib.
ABŞ Kəşfiyyat Xidmətinin (National Intelligence Estimate NIE) dekabrda verdiyi məlumata əsasən, İran 2003-cu ildən nüvə proqramının hərbi məqsədlə istifadə işlərini dayandırıb..
Sənəddə qeyd edilib ki, İran, ötən illərə nisbətən, nüvə silahı hazırlanmasında o qədər də maraqlı deyil və beynəlxalq təzyiqə daha həssasdır.
Ekspertin sözlərinə görə, kəşfiyyat dəstəsinin açıqladığı məlumatdan sonra, Fars körfəzi ölkələri Tehrana müqavimət göstərib.
Ekspert əlavə edib ki, səfərdən sonra prezident çıxışında İranın təhlükə altında qaldığını, sözunün üstündə qalmaq məcburiyyətində olduğunu və ərəb ölkələrinin dəstəyinə ehtiyacı olduğunu bildirəcək.