...

ABŞ senatoru Riçard Luqar Azərbaycana gələcək

Siyasət Materials 10 Yanvar 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir A.Qasımova/ Nüfuzlu respublikaçı senator Riçard Luqar yanvarın 13-14-də Azərbaycana gələcək. Bu barədə cümə axşamı Trend ə elektron poçt ilə senatorun mətbuat katibi Endi Fişer məlumat verib.

Fişerin sözlərinə görə, Luqarın səfərdə məqsədi ölkələr arasında ikitərəfli münasibətlərin genişləndirilməsi məsələsini müzakirə etməkdir. Səfər zamanı senator Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. O, həmçinin Dövlət Neft Şirkəti (ARDNŞ) və müxtəlif fondların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Dünən ABŞ konqresmenlərindən ibarət digər nümayəndə heyəti Bakıya səfərə gəlib. Nümayəndə heyətinə Florida ştatından olan konqresmen, Demokratlar partiyasının nümayəndəsi Robert Veksler başçılıq edir.

Xəbər lenti

Xəbər lenti