...

NATO PA Xəzər regionunda təhlükəsizliyin təmin olunması məsələsini Bakıda müzakirə edəcək

Siyasət Materials 14 Yanvar 2008 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyası Xəzər regionunda təhlükəsizliyin təmin olunması məsələsini Bakıda müzakirə edəcək. "Seminarda eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, alternativ enerji layihələri müzakirə olunacaq" - deyə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov bildirib.

Martın 6 -8 -də Bakıda NATO PA-nın 68-ci "Rouz-Rout" seminarı keçiriləcək. Seminarda NATO PA-nın prezidenti Joze Lelo və təşkilatın Baş katibi Devid Hobbus, 30-dan artıq ölkəni təmsil edən nümayəndələrin iştirak edəcəyi gözlənilir. Bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də seminara qatılacaqlar.

Azərbaycan 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində təşkilatla əməkdaşlıq edir. 2004-cü ildə isə Azərbaycanla NATO arasında "Fərdi əməkdaşlığın fəaliyyət Planı" imzalanıb və hazırda həyata keçirilir. Azərbaycan ordusu 2007-ci ildən NATO standartlarına keçib.

Azərbaycan NATO PA-nın müşahidəçi (assosiativ) üzvüdür və qurumdakı nümayəndə heyətinin altı üzvü var.

Xəbər lenti

Xəbər lenti