...

Misirdə Azərbaycanın ümummilli liderinin heykəli ucaldılacaq – səfir

Siyasət Materials 17 Yanvar 2008 13:35 (UTC +04:00)
Misirdə Azərbaycanın ümummilli liderinin heykəli ucaldılacaq – səfir

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir S.Ağayeva/ Qahirənin yaxınlığında, Misirin Kalıbey şəhərində Azərbaycan-Misir dostluq parkı salınacaq. Parkda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəli ucaldılacaq. Parkın və heykəlin təntənəli açılış mərasimi fevralda baş tutacaq. Bu barədə cümə axşamı Qahirədən telefonla Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov məlumat verib.

Heykəlin müəllifləri Azərbaycan heykəltaraşlarıdır. Layihə Azərbaycanın Abşeron rayonu və Misirin Kalıbey quberniyası administrasiyalarının əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Yayda Azərbaycan prezidenti İlham Əliyevin Misirə səfəri zamanı Kalıbey və Abşeron rayonlarının qarşılıqlı anlaşma memorandumu imzalanıb. Səfir bildirib ki, müqaviləyə əsasən, Xırdalan və Kalıbey qardaş şəhərlərdir.

Xırdalan şəhərinin mərkəzində Azərbaycan-Misir dostluq parkı salınıb. Parkın mərkəzində Misir prezidenti Hüsnü Mübarəkin heykəli, həmçinin qədim Misir heykəltaraşlıq nümunələrinin surəti qoyulub. 2007-ci ilin dekabrında parkın rəsmi açılış mərasimində Kalıbeyin qubernatoru Adli də iştik edib.

Xəbər lenti

Xəbər lenti