Fransa, Strasburq 21 yanvar / Trend müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov təşkilatın vitse-prezidenti seçilib. Bu barədə qərar AŞPA-nın bazar ertəsi Strasburqda başlayan qış sessiyasının ilk iclasında qəbul olunub.
AŞPA-nın vitse-prezidentləri bir il müddətinə seçilir.
AŞPA-nın qış sessiyası yanvarın 25-dək davam edəcək.