...

Azərbaycan prezidenti Davosda Macarıstanın baş naziri ilə görüşüb

Siyasət Materials 24 Yanvar 2008 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar / Trend / Davosda Ümumdünya İqtisadi Forumunda iştirak çərçivəsində cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Frents Dyurçan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Macarıstanın hökumət başçısı ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında, xüsusilə də enerji sektoru və "NABUCCO" layihəsində maraqlı olduğunu bildirib. Prezident Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqla əlaqədar müəyyən məsələlərdə bu təşkilatın üzvü kimi Macarıstanın dəstəyinə Azərbaycanın ehtiyacı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti