...

Bakıda Xəzər dənizinin hüquqi statusu və dənizin dibinin bölünməsi üzrə danışıqlar aparılıb

Siyasət Materials 8 Fevral 2008 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend / Fevralın 6 -8 - də Bakıda Azərbaycan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri Xələfov və Babayevin rəhbərliyi ilə Xəzər dənizinin orta xətt koordinatlarının müəyyən edilməsi üzrə ekspert qrupları arasında danışıqlar davam etdirilib. Bu barədə cümə günü XİN mətbuat xidmətindən Trend ə bildirilib.

Danışıqlarda Xəzər dənizinin hüquqi statusuna dair fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi, orta xətt koordinatlarının müəyyən edilməsi üzrə məsələlər də müzakirə edilib. Tərəflər müzakirələrin nəticələrini müsbət qiymətləndiriblər. Növbəti görüşün Aşqabadda keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti