...

Moskvada Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib

Siyasət Materials 11 Fevral 2008 11:25 (UTC +04:00)
Moskvada Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib

Paytaxtın cənub administrativ dairəsində Azərbaycan vətəndaşı qətlə yetirilib ( İnterfaks ).

Mənbənin hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, təxminən 20.00-da "Orexovıy bulvar" küçəsində Azərbaycan vətəndaşı Rafiq İşauyev öldürülüb. Qətl barədə binaya girişdə quraşdırılan kameranın operatoru məlumat verib. O, cinayət zamanı yatmış olub.

Operatorun verdiyi məlumata görə, sonra o, kamerada qara geyimli üç gənc şəxsi görüb. Onlar Azərbaycan vətəndaşına yaxınlaşaraq bir müddət söhbət ediblər. Bundan sonra isə ona 15-dən artıq bıcaq zərbəsi vurublar. İşauyev yerindəcə keçinib, cinayətkarlar isə hadisə yerini tərk ediblər.

Hazırda hadisə yerində operativ-araşdırma qrupu işləyir.

Xəbər lenti

Xəbər lenti