...

"Aqo qrupu"nun Cənubi Qafqaza səfər edəcəyi tarix açıqlanıb

Siyasət Materials 11 Fevral 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir K.Ramazanova/ Avropa Şurası Nazirlər Komitəsinin "Aqo qrupu" aprelin 3-4-də Azərbaycan və Ermənistana səfər edəcək. Nümayəndə heyətinə İsveçin Avropa Şurasındakı daimi təmsilçisi Pyer Seqren başçılıq edəcək.

"Səfər zamanı Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələləri və əməkdaşlığın detalları müzakirə olunacaq" - deyə bazar ertəsi Strasburqdan "Aqo qrupu"nun mətbuat katibi Kristof Poirel məlumat verib.

Poirelin sözlərinə görə, diqqət mərkəzində Azərbaycanda keçiriləcək prezident seçkisi, KİV və Azərbaycanın məhkəmə sistemi ilə bağlı məsələlər olacaq.

"Aqo qrupu" səfər çərçivəsində siyasi partiya, mətbuat, hökumət, vətəndaş cəmiyyəti və parlament nümayəndələri ilə görüşlər keçirəcək.

Azərbaycana səfərdən sonra "Aqo qrupu" nümayəndələri Ermənistana yollanacaqlar.

Məqalə müəllifi ilə kamala ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti