Azərbaycan,Bakı,12 fevral / Trend /Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı ölkəmizdə diplomatik fəaliyyəti sona çatan Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunu qəbul edib. Bu barədə XİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.Nazir Məmmədyarov Türkiyə-Azərbaycan münasibətlərinin ən müxtəlif sahələrdə inkişafına göstərdiyi səylərini yüksək dəyərləndirərək, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. İki dost ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirin nazir qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində geniş potensialın mövcud olduğunu da qeyd edib.
Görüşdə hər iki tərəfin marağında olan müxtəlif məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.