...

Bakıda Mehriban Əliyeva haqqında kitab təqdim edilib

Siyasət Materials 18 Fevral 2008 14:55 (UTC +04:00)
Bakıda Mehriban Əliyeva haqqında kitab təqdim edilib

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir C.Babayeva / Bazar ertəsi Bakıda "Mehriban Əliyeva olduğu kimi" adlı kitab təqdim edilib. Kitab "Gənc liderlər" uşaq təşkilatının təşəbbüsü ilə işıq üzü görüb.

Kitabda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ictimai həyatda, mədəniyyət və elm sahələrində fəaliyyəti haqqında Bakı məktəblilərinin rəyləri əks olunub.

Nəşrdə həmiçinin dünya siyasi liderlərinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında fikirləri toplanıb.

"Gənc liderlər" uşaq təşkilatı 2006-cı ilin iyununda məktəblilər tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti