...

Azərbaycan prezidenti Çexiya Respublikası prezidentini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 20 Fevral 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çexiya Respublikasının prezidenti Vatslav Klausu bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda prezident Azərbaycan ilə Çexiya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişafı yolunda səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Dövlət başçısı Çexiya prezidentinə möhkəm can sağlığı, xoşbəxtlik və dost Çexiya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti