...

MDB ölkələri liderləri Moskva sammitində Vladimir Putinlə birgə işlərinə yekun vuracaqlar

Siyasət Materials 20 Fevral 2008 15:33 (UTC +04:00)
MDB ölkələri liderləri Moskva sammitində Vladimir Putinlə birgə işlərinə yekun vuracaqlar

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir A.Qasımova, E.Hüseynov / MDB ölkələrinin liderləri fevralın 22-də Moskvada qeyri-rəsmi sammitdə Rusiyada prezident səlahiyyətlərini başa vuran Vladimir Putinlə birgə işlərinə yekun vuracaqlar - MDB İcra Komitəsinin mətbuat xidmətindən Trend agentliyinə eksklüziv olaraq bildiriblər.

Qarşıdakı qeyri-rəsmi sammitin keçirilməsi ideyası ötən ilin oktyabrında Düşənbədə RF prezidenti Putin tərəfindən irəli sürülüb - mətbuat xidmətində deyiblər. "O zaman prezidentlər mayda görüşməyə razılaşıblar. Lakin prezident səlahiyyəti müddətinin başa çatması və 2008-ci il martın 2-də Rusiyada keçiriləcək seçki ilə əlaqədar, Putin MDB ölkələrindən həmkarlarına fevralın 22-də Moskvada yığışıb, birgə işlərinə yekun vurmağı təklif edib" - Birliyin Minskdə yerləşən mətbuat xidmətindən qeyd ediblər.

Moskva görüşü qeyri-rəsmi xarakter daşıdığı üçün rəsmi gündəlik nəzərdə tutulmayıb.

"Nəzərə alaraq ki, MDB iştirakçı-ölkələri arasında ikitərəfli və çoxtərəfli əlaqələrdə öz həllini tələb edən məsələlər var, prezidentlər yəqin ki, vəziyyətdən yararlanaraq, həmin məsələləri müzakirə edəcəklər. Düşənbə sammitinin qərarlarının yerinə yetirilməsinin gedişatı, xüsusilə MDB-nin gələcək inkişafı Konsepsiyasının həyata keçirilməsi üzrə əsas tədbirlər Planı çərçivəsində aparılan işlər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur" - mətbuat xidmətindən deyiblər.

Qarşıdakı sammit MDB liderlərinin "qalstuksuz" doqquzuncu görüşü olacaq.

Qeyri-rəsmi formatda MDB prezidentləri Sankt-Peterburqda "Silver visper" okean gəmisində və Moskva cıdır meydanında görüşüblər.

Xəbər lenti

Xəbər lenti