...

Latviyanın lizinq şirkəti Bakının nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında iştirak edir

Siyasət Materials 20 Fevral 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ Trend , müxbir Ü.İsmayılova/ Latviyanın Parex Leasing & Factoring MMC lizinq şirkəti fevralda Bakının şəhərdaxili marşrutları üçün 100 sərnişin avtomobilinin alqısı üzrə layihəni maliyyələşdirib. Bu barədə çərşənbə günü şirkətdən məlumat veriblər.

Layihə Azərbaycanın Nihad Motors şirkəti ilə birgə reallaşdırılıb. Parex Leasing & Factoring MMC-nin bu layihəyə investisiyaları təqribən 2 mln. manat təşkil edib.

Müqavilənin şərtlərinə görə, lizinq 36 ay müddətinə həyata keçirilir. Həftə ərzində lizinqə (istismara) 23 avtobus veriləcək. Müqaviləyə əsasən, bütün partiya Azərbaycana aprelin sonunadək gətiriləcək.

Azərbaycanın Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyatla bağlı münasibətləri nizamlayacaq "Avtomobil nəqliyyatı haqqında" Qanun layihəsi hazırlanır.

"Parex Leasing & Factoring tərəfindən həyata keçirilən layihənin uğurla yerinə yetirilməsi paytaxtın avtomobil nəqliyyatı sahəsindəki vəziyyəti yaxşılaşdırmağa imkan verəcək", - şirkətdən bildiriblər.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti