...

Prezident İlham Əliyev Moskvaya gəlib

Siyasət Materials 20 Fevral 2008 23:28 (UTC +04:00)

Azərbaycanın prezidenti İlham Aliyev fevralın 20-də axşam Moskvaya gəlmişdir.

Vnukovo-2 hava limanında Azərbaycan dövlətinin başçısını Rusiya xarici işlər nazirinin müavini Vladimir Titov və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Qeyd edək ki, dövlət başçısı MDB ölkələrinin liderləri fevralın 22-də Moskvada Rusiyada prezident səlahiyyətlərini başa vuran Vladimir Putinlə birgə işlərinə yekun vuracaq qeyri-rəsmi sammitdə iştrak edəcək.

Qarşıdakı sammit MDB liderlərinin "qalstuksuz" doqquzuncu görüşü olacaq.

Xəbər lenti

Xəbər lenti