Rusiya, Moskva/ " müxbir R.Ağayev/ Rusiyanın media-holdinqi "Azerros" Ermənistanın XİN və MSK-ya holdinqin müxbirlərinin Ermənsitandakı prezident seçkilərinə buraxılmamasının səbəblərinin araşdırılması tələbi ilə Ermənistanın XİN və MSK-ya müraciət etmək niyyətindədir.
"Azerros"-un jurnalistləri Vaqif Adıgözəlov və Məryəm Axundova İrəvan hakimiyyətindən prezident seçkilərinin işıqlandırılması üçün akkreditasiya almayıblar. Buna görə, media-holdinq şikayətə çıxış etmək niyyətindədir, - cümə axşamı media-holdinqin mətbuat xidmətindən Trend -a məlumat veriblər.
"Buna baxmayaraq, akkredtitasiya üzrə bütün lazımi sənədlər vaxtında İrəvana göndərilib və XİN-in KİV ilə əlaqə üzrə şöbəsinin rəisi səlahiyyətlərini icra edən Tiqran Balayan əmin edib ki, "narahat olmağa dəyməz",amma biz heç bir cavab almamışıq", - Adıgözəlov özü Trend -a bildirib. "Biz çoxsaylı sənəd, hər cür arayış və s. hazırlamışıq. Hətta harda və nə qədər, nə vəzifəsində işləməyimiz haqqında qısa bioqrafiya təqdim etməli olduq. Bütün bu bürokratik əngəllərə baxmayaraq, lazımi şəkildə və diqqətlə tərtib olunmuş tam sənəd paketi təqdim etdik. Lakin buna baxmayaraq, bizi akkreditasiya etmədilər", - rusiyalı müxbir təəssüf hissi keçirir.
Adıgözəlov, həmkarı Məryəm Axundovayla Ermənistan MSK-ya ərizə veriblər. Lakin oradan da heç bir reaksiya olmayıb. Onun sözlərinə görə, onların izahat üçün müraciət etdikləri Ermənistanın Moskvadakı səfirliyindən bildiriblər ki, Ermənsitan XİN icazə verməsə, xarici siyasət idarəsinin qərarlarının icraçısı olan MSK akkreditasiya verməyəcək. Adıgözəlov yanvardakı prezident seçkilərində gürcü tərəfinin operativliyini misal çəkib. O zaman Rusiya media-holdinqinin Azərbaycan milliyətli bu jurnalistlərinin akkreditasiya məsələsi iki günə həll edilib.
Adıgözəlov və Axundova hesab edirlər ki, onların - Rusiya media-holdinqinin xüsusi müxbirlərinin Ermənistandakı prezident seçkilərinə düşə bilməmələrinin səbəbi onların milliyətinin Azərbaycanlı olması ilə bağlıdır.
Media-holdinqin jurnalistləri əmin ediblər ki, bu hadisəni açıqlayacaqlar. "Bizim qəzetimizdə Rusiya KİV olaraq, Ermənsitandakı prezident seçkilərinə necə və niyə düşə bilmədiyimiz haqqında məqalə yazmaq fikrimiz var. Biz sual qoymaq istəyirik - nə pis bir şey etmişik ki, bizi akkreditasiya etməyiblər? Biz respublikaya baş çəkmək, prezident seçkilərini işıqlandırmaq, Ermənistan iqtisadiyyatının necə inkişaf etdiyi, erməni xalqının necə yaşadığını görmək istəyirdik", - media-holdinqin müxbiri bildirib.