...

MSK prezident seçkisi ilə bağlı yeni təlimatlar qəbul edəcək

Siyasət Materials 27 Fevral 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin və digər maraqlı tərəflərin seçki ilə bağlı maarifləndirilməsi üçün proqram hazırlayıb. Bu barədə çərşənbə günü Trend ə MSK katibi Natiq Məmmədov məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

Məmmədov bildirib ki, proqramın icrası zamanı KİV-lərin imkanlarından geniş istifadə ediləcək. Proqrama əsasən, seçicilərin və başqa maraqlı tərəflərin seçki ilə bağlı bilikləri artırılacaq. Hazırda MSK-nın ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olduğunu deyən Məmmədov prezident seçkisi ilə bağlı yeni təlimatlar üzərində işlərin aparıldığını deyib.

MSK katibi mövcud maddi-texniki bazanın prezident seçkisinin demokratik və səffaf keçirilməsi üçün yetərli olduğunu bildirib. Onun sözlərinə görə, hazırda MSK ölkəyə əlavə seçki qutularının gətirilməsini nəzərdə tutmur.

Azərbaycanda 5000 seçki məntəqəsi var. Hər məntəqə bir daşınan və bir stasionar seçki qutusu ilə təmin olunub.

Məmmədov deyib ki, seçki ərəfəsində MSK texniki məsələləri bir daha nəzərdən keçirəcək və hər hansı çatışmazlıq olarsa, bu isiqamətdə yeni addımlar atılacaq.

Xəbər lenti

Xəbər lenti