...

Metyu Brayza Bakıda danışıqlar aparcaq

Siyasət Materials 3 Mart 2008 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Ramazanova / ABŞ-ın Avropa və Avrasiya üzrə Dövlət Katibinin köməkçisinin müavini Metyu Brayza yaxın iki gün ərzində Bakıya səfər edəcək. Bu haqda Trend a bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib.

Səfər zamanı Brayza bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək və ikitərəfli əlaqələr, eləcə də energetika məsələlərini müzakirə edəcək.

Səfirliyin nümayəndəsi deyib ki, ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu həmsədrlərindən olan Brayzanın bu dəfə Bakıya Dağlıq Qarabağ münaqişəsi üzrə məsul şəxs kimi gəlmir.

Erməni KİV-iin məlumatına görə, Brayzanın Yerevana da səfər edəcəyi gözlənilir. Səfər çərçivəsində, ölkədə elan olunan fövqəladə vəziyyət haqqında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti