...

Azərbaycanın müxalifət partiyası seçkidə iştirak qərarına yenidən baxacaq

Siyasət Materials 5 Mart 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyası (BQP) prezident seçkisində iştirak qərarına yenidən baxacaq. "Bizim partiyanın seçkidə öz namizədi ilə iştirak qərarı var, amma seçki ərəfəsi bu məsələyə yenidən qayıdacağıq" çərşənbə günü Trend ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Üç müxalifət partiyasının təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyalarının tərkibi dəyişməyəcəyi halda, seçkini boykot edəcəyini açıqlayıb. Seçkidə iştirak qərarı olan Müsavat, Milli İstiqal, Demokrat partiyaları isə seçki ərəfəsi seçkidə iştirak qərarlarını yenidən dəyərləndirəcəklərini açıqlayıblar.

Qəzənfəroğlu deyib ki, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün mühit yaradılmasa, BQP hansısa siyahıda yer tutmaq naminə namizəd irəli sürməyəcək.

BQP 2004-cü ildə Qəzənfəroğlu tərəfindən yaradılıb. Partiya 2005-ci il parlament seçkisində iştirak edib.

Xəbər lenti

Xəbər lenti