...

Azərbaycanın hakim partiyasi Şimali Kiprin beynəlxalq tanınma ilə bağlı probleminin həllinə ümid edir

Siyasət Materials 5 Mart 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ümid edir ki, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq tanınma ilə bağlı problem həllini tapacaq. "Dünya ictimaiyyəti türk dünyasının problemlərinə biganə yanaşmamalıdır"- çərşənbə günü Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin parlamentdə təmsil olunan siyasi partiyalarının təmsilçiləri ilə görüşündə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Martın 4-dən YAP-ın dəvəti ilə Şimali Kipr Türk Cümhuriyyətinin hakim Türk, Ulusal Birlik, Özgürlük və Reform partiyaları gənclər birliklərinin rəhbərlərinin səfəri başlayıb.

Əhmədov deyib ki, Azərbaycan dövləti daim Şimali Kiprin yanındadır və münasibətlərin inkişafına önəm verir.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti