...

Azərbaycanın müdafiə naziri NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 7 Mart 2008 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart/ Trend Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev cümə günü NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul edib. Bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətindən Trend a bildirilib. Nazir Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyətə toxunaraq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə maneələr yaradılmasının bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət etdiyini deyib.Görüşdə Azərbaycan-NATO əlaqələrinin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti