...

Naxçıvanda müxtəlif sahələrdə çalışan bir neçə qadın fəxri adlara laiq görülüb

Siyasət Materials 7 Mart 2008 21:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart / Trend müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasinda tehsil, mədəniyyət, səhiyyə, mətbuat, dovlət quruculuğu və məhkəmə sahələrində çalisan 7 qadın fəxri adlara laiq görülüb. Trend in Naxcivan müxbirinin məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən Həsənova Sədaqət Qurbanəli qızı, Axundova Səadət Sultan qızı, Naxçıvan MR-ın əməkdar müəllimi, Həmzəyeva Ülviyye Tapdıq qızı əməkdar rəssam, Esgərova Sədaqət Cabir qızı əməkdar həkim, Məmmədova Mətanət Elmixan qızı əməkdar jurnalist, Ismayılova Sevda Məmməd qızı əməkdar dövlət qulluqçusu, Kurunova Vera Qennadiyevna isə əməkdar huquqşunas fəxri adına layiq görülübler.

Xəbər lenti

Xəbər lenti