...

Azərbaycan ABŞ-ın Türkiyədə RƏMS yerləşdirilməsinə dair təşəbbüsünü dəstəkləməlidir – hərbi ekspertlər

Siyasət Materials 14 Mart 2008 14:44 (UTC +04:00)
Azərbaycan ABŞ-ın Türkiyədə RƏMS yerləşdirilməsinə dair təşəbbüsünü dəstəkləməlidir – hərbi ekspertlər

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın hərbi ekspertləri hakimiyyəti Türkiyə ərazisində raket əleyhinə müdafiə sistemlərinin (RƏM) yerləşdirilməsi məsələsində Türkiyə və ABŞ-ı dəstəkləməyə çağırırlar.

ABŞ fevral ayından Çexiya və Polşadan sonra daha bir Avropa ölkəsində - Türkiyədə RƏM obyektlərinin mobil radarlarının yerləşdirilməsi üzrə danışıqlar aparır.

Bu məsələ üzrə rəsmi danışıqlar NATO sammiti zamanı başlamalıdır. Lakin məlumdur ki, bu məsələni Ankaraya səfəri zamanı Pentaqon rəhbəri Robert Qeyts qaldırmışdı.

"ABŞ-ın Türkiyədə RƏMS yerləşdirmək təşəbbüsü gözlənilən idi, ABŞ üçün potensial təhlükəli ölkələr ilə mübarizə aparmaq məqsədi ilə Türkiyə ərazisindən istifadə olduqca mühümdür" - deyə cümə günü Trend a Azərbaycanın müstəqil hərbi eksperti Üzeir Cəfərov bildirib. "Qonşu ölkədə RƏMS-in yerləşdirilməsi Azərbaycan üçün heç bir halda təhlükə yaratmır, əksinə, biz həssas regionda yerləşdiyimizdən öz gələcək addımlarımız barədə düşünməliyik. Strateji planda bu bizim üçün faydalı olardı", - deyə ekspert bildirib. Onun sözəlrinə görə, Ermənistan tərəfindən hərbi münaqişəyə cəlb olunmuş Azərbaycan Türkiyədəki RƏMS-dən öz xeyrinə istifadə edə bilər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Cəfərovun sözlərinə görə, Azərbaycan 2012-ci ilə qədər Rusiyanın Azərbaycandan icarəyə götürdüyü Qəbələ Radiolakasiya Stansiyası ilə informasiya mübadiləsi üzrə gələcəkdə Türkiyə və ABŞ-la əməkdaşlıq edə bilər. Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Azərbaycanın müstəqillik əldə etməsindən və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya stansiyadan istifadəni davam etdirir.

RLS-in icarəyə verilməsi barədə 10 illik müqavilə 2002-ci ildə imzalanıb.

"Azərbaycan qəti sözə malik olmalı, dünyaya birtərəfli siyasi və hərbi mövqeyni nümayiş etdirməli və strateji tərəfdaşı adlandırdığı Türkiyənin yanında olmalıdır" - deyə Trend a müstəqil hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirib.

Ekspert hesab edir ki, Azərbaycan bu məsələdə öz mövqeyini mümkün qədər tez bildirməli və Türkiyəyə siyasi və hərbi dəstəyini göstərməlidir.

Qeyts Türkiyəni RƏMS-in üçüncü mərkəzinin yaradılması üzrə əməkdaşlığa çağırıb və bunun müqabilində ordunun müasirləşdirilməsinə maddi yardım və Türkiyənin hərbi sektoruna bir milyard dollardan artıq investisiyanın ayrılması barədə söz verib.

ABŞ-da hesab edirlər ki, Polşa və Çexiyada yerləşdirilməsi planlaşdırılan qurğular "bütün müttəfiqləri müdafiə etmək" iqtidarında deyil. Belə ki, İranın mümkün raket zərbələri zamanı Yunanıstan, Bolqarıstan, Rumıniya və Türkiyə zərər görəcək. NATO-nun apreldə Buxarestdə keçiriləcək sammitində "bu təhlükədən necə yan keçmək olar" məsələsi üzrə məsləhətləşmələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti