Azərbaycan, Bakı, 19 mart/ Trend ,müxbir R.Hafizoglu,A.Qasımova,D.Xatınoglu/Martın 14-də Seneqalda, İslam Konfransı Təşkilatının konfransında xristian və müsəlman dünyası arasında mümkün dialoqun yolları müzakirə edilib. Eskpertlər Trend -un iki sualını cavablandırırlar: "Müsəlman və xristian dünyası arasında dialoq nə dərəcədə realdır? Bu gün belə dialoqa ehtiyac varmı? "
Con Espozito, Corctaun Universitetinin (ABŞ) professoru və Amerikanın Şahzadə Əlvəlid bin Təlal Müsəlman-Xristian Anlaşma Mərkəzinin təsisçi-direktoru
- Biz siyasi, iqtisadi , dini və mədəni gələcəyimizin bir-birinə bağlı olduğu dünyada yaşayırıq. İKT iki dünya tarixinin böhranlı anında iki aparıcı və daha qlobal dinlər arasında böyük dialoqa çağırır. 57 müsəlman ölkəsini birləşdirən İKT kimi belə iri beynəlxalq təşkilatın müsəlman və xristianlar arasında dialoqun vacibliyini qeyd etməsi, çox vacibdir.
11 sentyabr hadisələrindən sonra dünya ictimaiyyəti beynəlxalq dialoqun vacibliyini daha dərindən dərk edir. Dünya İqtisadi Forumunda 100 liderdən ibarət Şura yaradılıb. Birləşmiş Millətlər Təşkilatı İspaniya və Türkiyənin patronajı altında Sivilizasiyaların Alyansı proqramına başlayıb. Alyans 2006-cı ildə öz yekun məruzəsini dərc edib və hazırda beynəlxalq səviyyədə öz işini və layihələri davam etdirir.
Eyni zamanda, dinlərarası dialoqun əvvəlki səyləri və layihələri Vatikanda qaldırılıb. Bu yaxınlarda əsas müsəlman dini liderləri və ziyalıların nümayəndələri tərəfindən buraxılmış, dünya xristian liderləri ilə dialoqa çağırış, Allaha və doğmalarına ümumi bağlılıq və sevgiyə əsaslanmış "Ümumi söz" sənədi dərc edilib. Bu çox müsbət addımdır. Sənəd əsas xristian liderləri tərəfindən müsbət qarşılanıb.
Təəssüf ki, nəticə Amerikada, Avropada və digər islamofobiya (etiqad və ya mədəniyyətləri əsasında müsəlmanlara qarşı ayrı-seçkilik) ölkələrində terrozimin təhlükəli şəkildə artması olub. İslamofobiya çox ciddi problem olub ,yeni anti-semitizmə çevrilməklə hədələyir. Amerika, Avropa və bütün dünyada müsəlmanlar islam və müsəlmanların diffamasiyası ilə bağlı dərin təşviş hissi keçirir və qəzəblənirlər. Baxışlara yeni işıq salan bu fakt və bir çox ideyalar, bütün dünyadakı müsəlmanların əqidələri, mənim yaxınlarda nəşr olunmuş "İslam üçün kim danışır? Milyard müsəlman əslindənə barədə düşünür?" kitabımda öz əksini tapıb".
Dinin vacibliyi və bütün dünya müsəlmanlarının əksəriyyəti arasında mədəni eynilik aydın görünür. Onlar mədəniyyətin, ənənə və prinsiplərin, həmçinin, ziyarətgahların və islami dəyərlərin qorunmasını tələb edirlər. Onların irəli getməsi üçün həlledici məna kəsb edən islam irsinə inam, Qərb tərəfindən islamın ləkələnməsi və ərəblərlə müsəlmanların ikinci dərəcəli insanlar kimi qəbul edilməsi nəticəsində zəiflədilə bilər.
Ərəb-müsəlman dünyasının Qərblə münasibətləri necə yaxşılaşdırıla bilər sualına cavab belə ola bilər: "İslam və islam dəyərlərinin Qərbdə müsbət mənada göstərilməsi".
XXI əsrdə səfərlərin və kommunikasiyaların qloballaşması ona gətirib ki, biz təkcə öz konkret ölkəmizin deyil, dünyanın da vətəndaşlarıyıq. Qlobal təhlükəsizlik və harmoniya qarşılıqlı anlaşma və hörmətdən asılıdır.
- Merve Kavakçı, Corc Vaşinqton Universitetinin (ABŞ) eksperti, Türkiyə parlamentinin keçmiş deputatı:
- Dialoqun başlanılmasını islamın xristian dünyasından zəifliyi kimi qiymətləndirmək lazım deyil. Həqiqi islamın xristian dünyasının diqqətinə çatıdırlması prosesi çox vacibdir. Dinlər arasında dialoqdan istifadə edən müsəlmanlar islam haqqında formalaşmış səhv təsəvvürləri aradan qaldıra bilərlər.
- Ümid Safi, Şimali Karolina Universitetinin (ABŞ) teologiya professoru:
- Biz hamının bir həyat və bir planeti paylaşdığı zamanda yaşayırıq. Dindar insanlar kimi, biz hamımız eyniyik - vahid Allaha və Məşhər gününə inamımız var. Mən şəxsən düşünmürəm ki, "müsəlman dünyası" və "xristian dünyası" kimi ayrı-ayrı anlayışlar var. Son nəticədə, bir dünya var və biz hamımız bu dünyada yaşayırıq. Son zamanlar dinlərarası dialoqlar istiqamətində vacib teoloji təşəbbüslər olub. Onların əksəriyyəti müsəlmanların təşəbbüsü və rəhbərliyi altında yaranıb və bu, maraqlı fenomendir. Düşünürəm ki, belə danışıqlar (nümunə üçün Əmmanda "Ümumi söz" sənədi və s.) real və vacibdir.Eyni zamanda, bu iki dünya arasında gərginlik, əsasən, siyasi xarakter daşıyır: Bu, İraq və Əfqanıstanda davam edən müharibələr, 60 ildən çoxdur ki, Fələstin və İsraildə baş verənlərdir. Məhz bu münaqişələr bu gün xalqlarımız arasında gərginliyin əhəmiyyətli hissəsini təşkil edir və biz buna son qoymayanadək bu məsələni həll etmək mümkün olmayacaq. Sonda biz anlayacağıq ki, bizim birlikdə yaşamağı öyrənməkdən başqa yolumuz yoxdur.
Əbdülvahid Əlvani, dini araşdırmaçı (Səudiyyə Ərəbistanı):
- İslam və xristinalıq arasında dialoq tarixi və dini köklərə malikdir. İslamın xristianlarla dialoqu haqqında Quranda kifayət qədər danışılır. Quranda yalnız xristianlarla dialoqun xatırlanması onların islama daha yaxın olması ilə əlaqədardır.
İslam və xristianlar arasında bir sıra problemlərin olmasına baxmayaraq, dialoq qaçılmazdır. İki din arasında həqiqi dialoqun olması bir çox problemlərin həllinin başlanğıcı hesab edilə bilər.
Karl Erns, Yaxın Şərq və Müsəlman Sivilizasiyasının problemlərinin öyrənilməsi üzrə Mərkəzin direktoru, Şimali Karolina Universiteti (ABŞ)
- Düşünmürəm ki, "müsəlman" və xristian" dünyaları kimi ayrı-ayrı anlayışlar var. Belə sözlər heç bir zaman əlaqədə olmamış ayrı-ayrı planetlərin olmasını göstərir. Həqiqətdə isə, bir dünya var və bu dünyada müsəlmanlar və xristianlar əsrlərdir ki, yaşayırlar. Bunlar siyasi, iqtisadi, fəlsəfə və mədəniyyət səviyyəsində qarşılıqlı fəaliyyət göstərən müxtəlif dini qruplardır. İnsanlar ayrı müsəlman və xristian dünyaları və ya "Qərb" kimi anlayış haqqında danışmağa davam etdirdikcə, onlar möhkəmlənir və münaqişə yaradır. Bu ifadələr hazırki və ya tarixi sosial reallığın dəqiq təsviri deyil.
Dialoqlar bütün dünyada müsəlmanlar və xristianlar arasında baş verir. Eyni zamanda, müxtəlif dini qrupların nümayəndələri arasında istənilən dialoqu dayandırmağa çalışan müəyyən qruplar var. Bu ya münaqişənin arzuolunan olması, ya da qruplardan birinin digəri üzərində üstünlük və hətta ağalıq əldə etməsinə ümidlərlə əlaqədar baş verir.
İKT ciddi dini məsələlərin müzakirəsi üçün əlverişli deyil. Hakimiyyətlər dini təmsil etmir və milli dövlətlər həmişə dini müəyyən edir, onu öz siyasi maraqlarına uyğunlaşdırırlar. Əsl dinlərarası dialoq akademik və mədəni mübadilələr səviyyəsində, hakimiyyət və kütləvi informasiya vasitələrindən kənarda baş verməlidir. Mən özüm əksər müsəlman ölkələrinin elmi və mədəni təşkilatlarında iştirak edirəm. Ötən il mən bir çox ölkələrə səfər etdim (Əmman, Küveyt, Bəhreyn, Türkiyə, İran, Malayziya) bu ölkələrdə müsəlman alimləri ilə dini və mədəni problemlər üzrə ciddi diskusiyalar keçirdim. Mən başqalarını da bu çox vacib fəaliyyətdə iştirak etməyə çağırıram.
Heydər Camal, Rusiyanın İslam Komitəsinin Sədri:
- Dinlər arasında dialoq massonların maraqlarına xidmət edir. Sadə xalq üçün dinlər- arası dialoqdan fayda yoxdur. Müsəlmanların dinlər arasındakı dialoqdan daha çox islamın cərəyanları arasında dialoqa ehtiyacları var. İslam dünyasında dinlər arasında dialoq təklifi ilə ilk dəfə türkiyəli mütəfəkkir Fətullah Gülən çıxış edib. Lakin Gülənin təklifi islam dünyasında birmənalı qarşılanmayıb.