...

Rusiya Kosovonun "dondurulmuş münaqişələr" üçün presedent olmasını təsdiq etməklə regionda "Panador Qusu"nu açmış olacaq – Zeyno Baran

Siyasət Materials 21 Mart 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 mart / Trend , müxbir A. Qasımova/ Rusiya Kosovonun "dondurulmuş münaqişələr" üçün presedent olmasını təsdiq etməklə Cənubi Qafqaz regionunda "Panador Qusu"nu açmış olacaq.

"Kosovo presedenti əlbəttə ki, Rusiyanın Ermənistanın tərəfini saxladığı Dağlıq Qarabağ və Ermənistan arasındakı danışıqlar prosesinə təsir edəcək. Bundan əlavə ən əsası odur ki, Rusiya tabeçiliyində olan Çeçenistan, Dağıstan və İnquşetiya kimi separatçı regionlarla nə edəcək, onların müstəqilliyni elan edəcəkmi?" - deyə Trend a cümə günü Vaşinqton İnstitutunun Avroasiya Araşdırmalar Mərkəzinin direktoru Xadson Zeyno Baran bildirib.

1999-cu ildən formal olaraq Serbiya ərazilərinin bir hissəsi olan Kosovo BMT-nin tabeçiliyindədir. Fevralın 17-də Kosovo Serbiyadan ayrılaraq müstəqilliyni elan edib. Rəsmi Belqrad bu vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə vilayətin müəstəqilliyni artıq tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyni dəstəkləyir və Kosovonun müstəqilliyni tanımaq niyyətində deyil. Azərbaycan da həmçinin vilayətin müstəqilliyni tanımaqdan imtina edib.

"Kosovya dair qərar regionda dinamikanı dəyişdirdi və Rusiya bundan sonra Abxaziyaya münasibətdə sanksiyalar tətbiq etməyəcəyini elan etməklə artıq status-kvonu pozub. Prezident Putin açıq şəkildə bildirdi ki, əgər Kosovonun müstəqilliyi tanınarsa bu presedent yaradacaq və o bu presedenti Gürcüstandakı "dondurulmuş" münaqişələrə tətbiq edəcək" - deyə Baran bildirib.

Onun sözlərinə görə, əgər Putin həqiqətən bu addımı atarsa, o zaman o, avropalıların birləşməsi riski qarşısında duracaq, həmçinin Transatlantik Alyans onun əlyehinə olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyəcək və daha sonra Rusiyanın beynəlxalq arenada vəziyyəti pisləşəcək.

Rusiya tanınmamış Cənubi Osetiya, Abxaziya və Dnestryanı respublikaları ərazilərində öz nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə martın 13-də keçmiş Sovet məkanında "dondurulmuş" münaqişələr dair məsələ üzrə MBD işləri üzrə Dövlət Duması Komitəsində keçirilən dinləmələrdə bəyan edilib.

İclasda həmçinin Cənubi Qafqaz, Abxaziya və Dnestryanı ilə münasibətlər formatının dəyişdirilməsi, o cümlədən kənardan bu respublikalara qarşı xarici siyasət, iqtisadi və hərbi təzyiqin göstərilməsinin qarşısının alınmasına dair təkliflər irəli sürülüb. Rusiya tərəfi həmçinin tanınmamış respublika nümayəndələrinin onların maraqlarına toxunulacaq və bu ərazilərdə Rusiya vətəndaşlarının hüquqlarına riayət edilməsinə nail olacağı bütün beynəlxalq təşkilat və forumlarda iştirakına arxalanır.

"Rusiya Dumasının bu ölkənin beynəlxalq adına zərər gətirə biləcək təşəbbüslə çıxış etməsi birinci dəfə deyil. Ümidvaram ki, əgər Rusiya hökuməti onları araşdırarsa bu addımı atmayacaq" - deyə ekspert bildirib. "Düşünürəm ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın tanınması təhdidini gündəlikdə saxlayacaq və Qərblə Kosovo ilə bağlı danışıqlar üçün vasitə kimi istifadə edəcək. "Bu kartı onlar bir dəfə istifadə edə bilərlər, əgər onlar rəsmi danışıqlara indi başlasalar, düşünürəm ki, Rusiyanın istədiyi kimi Qərb tərəfindən müvafiq olaraq reaksiya olacaq" - deyə o bildirib.

Digər regional "dondurulmuş" Dnestryanı münaqişsinə toxunan Baran qeyd edib ki, Rusiya Moldovanın NATO-ya daxil olamamsı şərti ilə onunla razılığa gəlmək və regionu Moldovaya vermək istyir. "Ruslar eyni təklifi Gürcüstanada ediblər - "NATO-dan, NATO-nun Buxarest sammitində MAR-a qoşulmaqdan imtina edin və biz sizə Abxaziya ilə bağlı məsələdə kömək edək. Ekspertin rəyinə görə, belə sövdələşmə bir sıra səbəblərdən qəbul edilməzdir. " Ən əsası, gürcülərin böyük əksəriyyətinin NATO-ya daxil olmaq istəməsidir. Onlar bunu təkcə təzhlükəsizlik baxımından deyil, o cümlədən Alyansı şəxsi dəyərlərtinə daha yaxın hiss etməsi baxımından istəyirlər"- deyə Baran bildirib.

Aprelin 1-də Buxarestdə NATO-nun sammiti keçiriləcək. Sammit zamanı Gürcüstan və Ukraynanın Alyansa üzvlüyük məsələsinə bxılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti