...

Makedoniyanın nümayəndə heyəti etiraz əlaməti olaraq NATO-nun Buxarest sammitini tərk edir

Siyasət Materials 3 Aprel 2008 15:18 (UTC +04:00)
Makedoniyanın nümayəndə heyəti etiraz əlaməti olaraq NATO-nun Buxarest sammitini tərk edir

Rumıniya, Buxarest, 03 aprel/ " , müxbir Ü.Əliyev/ Keçmiş Makedoniya Yuqoslaviya Respublikasının nümayəndə heyəti ölkənin alyansa qəbulunun təxirə salınmasına dair qərara etiraz əlaməti olaraq bu gün NATO-nun Buxarest sammitini tərk edəcək. Bu barədə Trend un müxbirinə sammitin mətbuat katibliyindən məlumat veriblər.

Makedoniyanın NATO-ya qəbul edilməsi haqqında qərar, keçən axşam Yunanıstanın təkidi ilə təxirə salınıb. Yunanıstan bildirib ki, "Makedoniya" adı haqqında məsələ həll edilməsə, Makedoniyanın alyansa qəbuil edilməsində veto hüququndan istifadə edəcək. Makedoniyanın tarixi ərazilərinin 50 faizdən çoxu Yunanıstana məxsusdur və Afina coğrafi mövqeyini göstərən dəqiqləşdirmə olmadan paytaxtı Skopye olan ölkənin Makedoniya adlandırılması ilə razı deyil.

Yunanıstanın belə mövqeyinə görə sammitdə ölkənin ali rəhbərliyinin təmsil etdiyi Makedoniya alyansın əsas iclasına dəvət almadı. Sammitin mətbuat-mərkəzində bildiriblər ki, buna görə də rəsmi Skopye günün ikinci yarısında sammiti tərk etmək haqqında qərar qəbul edib.

Aprelin 2-də Rumıniyanın paytaxtında NATO-nun sammiti açılıb. Sammit aprelin 4-dək davam edəcək. Bu görüş blok tarixində ən iri görüş kimi planlaşdırılıb - görüşdə alyansa üzv bütün 26 dövlət və hökumətlərin rəhbərləri, həmçinin alyansın tərəfdaşı olan ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

Bu sammitdə Albaniya və Xorvatiyanın NATO üzvlüyünə qəbul ediləcəyi gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti