...

Azərbaycanda MDB-də ilk Meyvə Korporasiyası yaradılacaq

Siyasət Materials 3 Aprel 2008 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin təşəbbüsü ilə ölkənin şirə istehsalçılarına Meyvə Korporasiaysının yaradılması təklif ediləcək. Bu barədə cümə axşamı AZPROMO-nun ixracın təşviqi Departamentinin direktoru Emil Əliyev məlumat verib. Bu fikrin təqdimatı aprelin 9-da keçiriləcək və tədbirdə bütün şirə istehsalçılarına - həm Şirə İxracatçıları Alyansının iştirakçılarına, həm də onun tərkibinə daxil olmayan şirkətlərə Memoranduma qoşulmaq təklif ediləcək.

Əliyev hesab edir ki, belə sturktur MDB-də birinci ola bilər. O, yerli şirə istehsalçılarının xarici bazarlarda təqdim edilməsi rolunu yerinə yetirəcək, istehsalın beynəlxalq standartlara uyğunlaşdırılmasına yardım edəcək, vahid brendlə ixracata çıxacaq.

O, yerli istehsalçıların Meyvə Korporasiyasında birləşməsi və vahid ixrac brendinin hazırlanması ehtimalını istisna etməyib.

"Diqqətin vahid brenddə cəmləşdirilməsi istehsalın keyfiyyətini artıracaq və xarici bazarlara şirə ixracını stabilləşdirəcək", - Əliyev bildirib.

Korporasiyanın Nizamnamə kapitalında hər bir şirkətin iştirak payı onun yerli bazardakı biznesinə müvafiq olacaq. Bu gün ölkədə 13 iri, 40-a yaxın kustar istehalçı var. Şirə istehsalının yüksək rentabelliliyini nəzərə alaraq demək olar ki, ölkədəki bütün konserv və ət-süd müəssisələri şirə istehsalı xətlərinə malikdir.

Korporasiyanın yaradılması Alyansın fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək;o, istehsalçıların, əsasən, yerli bazarla əlaqədar problemlərinin həll edilməsi üçün nəzərdə tutulub. Meyvə Korporasiyası isə, ixrac potensialının artırılmasına yardım edəcək. Bundan əlavə, Korporasiya daha geniş məsələlər spektrini əhatə edəcək.

Əliyev bildirib ki, bazarın konyukturasının yaxşılaşması ilə bu bazarın inkişafı üçün əcnəbi sərmayədarların cəlb edilməsi ehtimalı istisna edilmir.

Bu gün yerli istehsalçıların əsas problemləri menecment, marketinq və keyfiyyətə nəzarətdədir. Lakin texnoloji problemlər yoxdur. Belə ki, Azərbaycanda model konsentrat istehsalı var. Azərbaycanın şirə istehsalçıları istehsal xətlərini 7-8 il əvvəl almağa başlayıblar. Bu o deməkdir ki, bir çox Azərbaycan istehsal xətləri texnoloji cəhətdən türk və alman ishtesal xətlərini ötür. Belə ki, bu ölkələrin istehsalçıları xətləri 20 il əvvəl alıblar. Bu dövr ərzində onlar öz xətlərini təkmilləşdiriblər.

Bu bazarda olan problemləri həll etmək üçün bu sahədə aparıcı olan doqquz şirkətin (Milk-PRO, Gilan, SAF, Granet Haji, Gamalhan, Miri-Pak, Navai və s.) daxil olduğu Şirə İxarcatçıları Alyansı yaradılıb. Alyans müasir texnologiyaların tətbiqi, marketinq və Azərbaycan şirəsinin xarici bazarlarda təqdimatı ilə məşğul olacaq. Alyansa bu işdə Alman Texniki Yardım Cəmiyyəti (GTZ) tərəfindən yardım edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti