...

Qazaxıstanda Heydər Əliyev ilinə Karaqanda şəhərində start verilib

Siyasət Materials 11 Aprel 2008 14:47 (UTC +04:00)
Qazaxıstanda Heydər Əliyev ilinə Karaqanda şəhərində start verilib

Qazaxıstan, Astana, 11 aprel / Trend , müxbir K.Konırova/ Karaqanda şəhərində (Astananın 500 km-də vilayət mərkəzi) Qazaxıstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilinə start verilib.

Buketova adına Karaqanda Dövlət Universitetində Heydər Əliyevin 85 illiyinə həsr olunmuş görüş keçirilib.

Görüşü açıq elan edən Karaqanda Universitetinin rektoru, professor Erken Kubeyev Azərbaycan dövlətçiliyinin qurulmasında yeni mərhələnin başlanğıcının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri yığıncaq iştirakçılarına Heydər Əliyevin respublikanın yeni tarixində fəaliyyəti və əhəmiyyəti barədə danışıb.

Tədbirdə iştirak edən Qazaxıstan xalqlarının Kiçik Assambleyasının Karaqanda vilayəti üzrə sədr müavini Əskər Barazbayev Nursultan Nazarbayevin Azərbaycan lideri haqqında dediyi sözü xatırladıb: "Dahi insan dünyasını dəyişəndə, Günəş kiçikləşir".

O bildirib ki, məhz Qazaxıstan və Azərbaycanın ilk prezidentləri - Nursultan Nazarbayev və Heydər Əliyevin dostluğu iki müstəqil dövlət arasında hazırkı xoş münasibətlər üçün başlıca əsas olub.

Tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi, Azərbaycanın Karaqandadakı "Namus" diasporu, "Qazaxıstan-Azərbaycan" Dostluq və Əməkdaşlıq Assosiasiyası və Karaqanda şəhər hamiyyəti tərəfindən təşki olunub.

Heydər Əliyevin doğum gününün 85 illiyinə həsr olunmuş tədbirlər Petropavlovsk, Kokçetav, Astana və respublikanın azərbaycanlıların kompakt yaşadığı digər yerlərində də keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti