...

AŞPA Ermənistanda müstəqil araşdırma aparmalıdır-AŞPA-nın macarıstanlı deputatı

Siyasət Materials 14 Aprel 2008 17:40 (UTC +04:00)
AŞPA Ermənistanda müstəqil araşdırma aparmalıdır-AŞPA-nın macarıstanlı deputatı

Fransa, Strasburq, 14 aprel / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən ixtişaşlar, müxalifətin mitinqində iştirak edən vətəndaşlara atəş açılması və öldürülməsi ilə bağlı müstəqil araşdırma aparmalıdır. "Ermənistan hakimiyyəti vəziyyəti araşdırmaq üçün müxalifət nümayəndələrinin iştiraki ilə müstəqil araşdırma aparmalıdır. Əgər Ermənistan araşdırma aparmasa, AŞPA bunu mütləq edəcək", -deyə AŞPA yaz sessiyası çərçivəsində Ermənistanda keçirilən prezident seçkilərindən sonra yaranmş vəziyyətlə bağlı aparılan müzakirələr zamanı Avropa Xristian Demokratlar Partiyasının macarıstanlı üzvü Nemez Zsolt (Nemeth Zsolt) bildirib.

Fevralın 19- da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hakimiyyətin namizədi, o vaxtkı baş nazir Serj Sərkisyanın 52,25% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Müxalifətin əsas namizədi olan eks-prezident Levon-Ter Petrosyanın tərəfdarları bununla razılaşmayaraq, fasiləsiz aksiyalara başlayıblar. Dinc nümayişlər martın 1-dən 2-nə keçən gecə hüquq-mühafizə orqanları tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. Doqquz nəfər qətlə yeririlib, yüzlərlə adam yaralınıb və həbs olunub.

O qeyd edib ki, prezident seçkisindən sonrakı dövrdə dinc nümayişçilərə atəş açılıb, doqquz insan həlak olub, 200 insan siyasi məhbus kimi həbs olunub.  Ondan sonra fövqəladə vəziyyət elan olunub. 

"Ən pisi odur ki, Ermənistan hakimiyyəti "Sərbəst toplaşmaq haqqında" Qanunu AvropaŞurası Venesiya Komissiyasınına müraciət etmədən və qurumun rəyini almadan qəbul edib. Bu gün Ermənistan müxalifəti təkrar prezident seçkisinin keçirilməsini tələb edir və indiki dövlət başçısının legitimliyini tanımır. Siyasi səviyyədə hərəkət etmək lazımdır", - deyə AŞPA üzvü əlavə edib.  

Onun sözlərinə görə, Xristian Demokratlar Partiyası hesab edir ki, Avropa Şurası seçkilərin müşahidə edilməsi sistemini əsaslı şəkildə dəyişməlidir: "Ermənistanda keçirilən son seçkilər Avropa Şurasının seçkilərin müşahidə edilməsi sisteminə yenidən baxılması və dəyişdirilməsi zərurətini sübut etdi".  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti