...

Azərbaycan hərbi xərclərini yenidən artırır

Siyasət Materials 28 Aprel 2008 15:04 (UTC +04:00)
Azərbaycan hərbi xərclərini yenidən artırır

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın 2008-ci il üzrə hərbi xərclərinin 320 milyon manatadək artırılması nəzərdə tutlub. Bu barədə hökumətin Parlamentə təqdim etdiyi "2008-ci ilin dövlət büdcəsinə dəyişiklik haqqında" qanun layihəsində qeyd olunub. Dövlət büdcəsinə ediləcək dəyişikliklər nəticəsində hərbi xərclər 1,019 milyard manatdan 1,344 milyard manatadək, başqa sözlə 32% artırılması nəzərdə tutulub. Vəsaitlərin müdafiə qüvvələrinə, milli təhlükəsizlik sektoruna, müdafiə və təhlükəsizlik sahəsində tətbiqi təhqiqatlara yönəldilməsi nəzərdə tutulur. Layihədə həmin vəsaitdən 1 263,531 milyon manat bilavasitə müdafiə qüvvələrinə, 75 milyon manat milli təhlükəsizlik sektoruna, 2,686 milyon manat müdafiə və təhlükəsizlik sahəsində tətbiqi təhqiqatlara, o cümlədən, 1,816 milyon manat digər kateqoriyalara aid olunmayan xərclərə yönəldiləcək. Azərbaycan Parlamenti mayın 2-də 2008-ci ilin dövlət büdcəsinin yenidən artırılması məsələsinə baxacaq. "2008-ci ilin dövlət büdcəsinə yenidən baxılması və dəyişiklik edilməsi ilə bağlı layihə Parlamentə daxil olub", -deyə bazar ertəsi Trend -a açıqlamasında Azərbaycan Parlamentinin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib. Sənəddə büdcə gəlirlərinin yeni illik proqnozu 10,287 milyard manat, xərcləri isə 10,530 milyard manat səviyyəsində əksini tapıb. Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsinin gəlirləri 7,393 miylard manat, xərcləri isə 8,519 milyard manat həcmində təsdiqlənib. Yeni dəyişikliklər təsdiqlənəcəyi təqdirdə, Azərbaycanın cari ilin büdcə gəlirləri təxminən 43%, xərcləri isə 26% artacaq.Parlamentin mayın 2-də keçirilən iclasında hökumət (Nazirlər Kabineti) 2007-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti