...

Azərbaycan hökuməti mitinqlərin keçirilməsi üçün əlavə yerlər ayırmayacaq (video)

Siyasət Materials 7 May 2008 12:33 (UTC +04:00)
Azərbaycan hökuməti mitinqlərin keçirilməsi üçün əlavə yerlər ayırmayacaq (video)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev/ Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri bəyan edib ki, Bakıda mitinqlərin keçirilməsi üçün əlavə yerlər ayrılmayacaq. "Azərbaycan hökumətinin ayırdığı yerlərdə mitinqlərin keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur" çərşənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycanın müxalif Müsavat Partiyasının şəhərin mərkəzi meydanlarından birində mitinq keçirməsinə icazə verməyib.

Mayın 1-də Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mayın 4-də keçirmək istədiyi aksiyaya icazə verib. İcra Hakimiyyəti kütləvi aksiyanın keçirilməsi üçün partiyanın istədiyi yerləri (Ukrayna meydanını, keçmiş "Qələbə" kinoteatrının qarşısını və ya metronun "Nərimanov" stansiyası yaxınlığındakı ərazilərdən birini) yox, Bibiheybət qəsəbəsini göstərib. Bundan sonra partiya aksiyanı təxirə salıb və meriyanı məhkəməyə verib.

Müsavat Partiyası mayın 18-də şəhərin mərkəzi meydanlarından birində mitinqin keçirilməsinə icazə verilməsi məqsədilə yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Mehdiyev deyib ki, aksiyaların keçirilməsi üçün paytaxt da daxil olmaqla ölkənin bütün regionlarında orta hesabla 3-4 yer ayrılıb. "Bakının mərkəzində mitinq olmasa belə tıxaclar olur. İnsanların sərbəst hərəkəti üçün problemlər yaranır. Təsəvvür edin ki, şəhərin mərkəzində mitinqlərin keçirilməsinə icazə verilsə, nə cür tıxaclar yaranar" İcra Aparatının rəhbəri əlavə edib. Mehdiyev bildirib ki, şəhərin mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) da aksiyalar keçirməsinə icazə verilməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti