Ariel Coen, fəlsəfə elmləri doktoru, The Heritage Foundation-nin Rusiya və Avrasiya Tədqiqatlar və Beynəlxalq Enerji Təhlükəsizliyi Mərkəzinin aparıcı tədqiqatçısı (Xüsusi olaraq Trend üçün)
Rusiyanın Abxaziyada həyata keçirdiyi tədbirlər bir sıra Avropa ölkələrində, o cümlədən Vaşinqton, NATO və Avropa Birliyinin Baş Qərargahında təşviş doğurub. Hazırda Avropa və Birləşmiş Ştatların qarşısında duran əsas məsələ Rusiyanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozmasının qarşısını almaqdan ibarətdir. Bunun üçün Vaşinqton Qərbin birləşməsinə nail olmalı və Rusiyanın yürutdüyü siyasətə qarşı mübarizə aparmalıdır.
Qərb müttəfiqləri etiraf etməlidirlər ki, Rusiyanın öz qonşularına qarşı təcaüzkar addımları Moskvanin uzunmuddətli təhlükəsizlik maraqlarına ziddir.
Əməkdaşlığa meylli və qanunlara riayət ədən Rusiya Avropa, ABŞ, eləcə də öz qonşuları üçün, hal-hazırda qismən olsa belə, gələcəkdə tam təhlükəsizlik və biznes tərəfdaşına cevrilə bilər.
Digər tərəfdən, köhnə imperialist metodlarına dönən Rusiya yaxında və uzaqda problem və təhlükəsizliyə hədə mənbəyindən başqa bir şey deyil.
Amerikanın, Almaniya və Fransa da daxil olmaqla, digər avropalı tərəfdaşları Rusiyanin ekspansionist çıxışlarına və əməllərinə ciddi yanaşmalı və bu əməllərə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Qərb imkan verməməlidir ki Rusiyanın Gürcustanın ərazi bütövlüyünü pozması ABŞ və onun avropalı müttəfiqləri arasındakı münasibətləri korlasın. ABŞ və onun Avropalı müttəfiqləri Gürcüstana, onun ərazi bütövlüyü və suverenliyi məsələsində, tam diplomatik dəstək göstərməlidirlər.
Qərb Rusiyanın aprelin 16-da Abxaziya və Cənubi Osetiya ilə əlaqələri gənisləndirmək barədə qəbul etdiyi qərarı muzakirə etmək ücün Gürcüstanın BMT-nin Təhlükəsizlik Şurasının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fövqəladə iclasının çağırılması təklifini nəzərə almalıdır. Qərb Rusiyanı əsgərlərini Abxaziya və Cənubi Osetiyadakı sülhməramlı kontingentdən geri cağırmağa və onları BMT və ya ATƏT tərəfindən təsdiq edilmis qüvvələrlə, məsələn, əsasən Ukrayna, Rumınya və Polşadan olan sülhməramlıların daxil olduğu kontingentlə əvəz edilməsinə inandırmalıdır.
Son bir neçə gun ərzində Moskva Qara dəniz sahilində yerləşən və əhalisinin boyuk əksəriyyəti Rusiya vətəndaşları olan separatçı Abxaziyada, oz vətəndaşlarını müdafiə etmək məqsədilə, "sülhəməramlılar"ının sayını artırıb və hazırda Rusiya qoşunları de-fakto Abxaziya-Gürcüstan sərhədində toplaşmaqdadırlar.
Qafqaz müharibə təhlükəsi ilə üzləsə bilər. Bu arada, Rusiya Gürcüstanı Abxaziyani isgal etmək planlarının olmasında günahlandırıb, lakin bu ittihamlar əsassızdır.
Aprel ayı ərzində Rusiya qonşu Gürcüstana siyasi və hərbi təzyiqlərini artırıb. NATO-nun Buxarest zirvə toplantısında Prezident Vladimir Putin, Gürcüstana NATO-ya daxil olması üçün Üzvlüklə bağlı Əməliyyat Planı (ÜƏP) təqdim olunduğu təqdirdə, separatçı Abxaziya və Cənubi Osətiyanın müstəqilliyini tanıyacağı ilə açıq-aşkar hədələyib. Fransa və Almaniya Gürcüstana (ÜƏP-in) təqdim olunmasına etiraz etsələr də, Kosovonun müstəqilliyinin Qərb tərəfindən tanınmasına, bir növ, cavab olaraq, Putin aprelin 16-da Rusiyanın Xarici İslər Nazirliyinə Rusiya və separatçı Abxaziya və Cənubi Osetiya ilə hüquqi və iqtisadi əlaqələri bərpa etmək barədə göstəriş verib və beləliklə də, Gürcüstanın suverenliyini pozub.
Gürcüstan mətbuatının məlumatına görə isə, aprelin 20-də Rusiyanın MiG-29 qırıcı təyyarəsi Gürsüstanın hava sərhədlərini pozaraq, bu ölkəyə məxsus pilotsuz təyyarəyə atəş açıb. Tbilisi ilə ikitərəfli münasibətlərdə bəzi güzəştlərə getməsinə baxmayaraq, Rusiyanin Gürcüstana qarşı düşmənçilik addımları səngimək bilmir.
Təhlükəyə qarsı birləşmə. Hazırda Avropa və Birləşmiş Ştatların qarşısında duran əsas məsələ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü Rusiyanın pozmasının qarşısını almaqdan ibarətdir. Bunun üçün Vaşinqton Qərbin birləşməsinə nail olmalı və Rusiyanın məsuliyyətsiz addımlarına və yürütdüyü siyasətə qarşı mübarizə aparmalıdır.
Qərb müttəfiqləri etiraf etməlidirlər ki, Rusiyanın öz qonşularına qarşı təcavüzkar addımları Moskvanın uzunmuddətli təhlükəsizlik maraqlarına ziddir. Əməkdaşlığa meylli və qanunlara riayət edən Rusiya gələcəkdə Avropa, ABŞ, eləcə də öz qonşuları üçün, hal-hazırda qismən olsa belə, gələcəkdə tam təhlükəsizlik və biznes tərəfdaşına çevrilə bilər.
Digər tərəfdən, köhnə imperialist metodlarından istifadə edən Rusiya problem və təhlükəsizliyə hədə mənbəyindən başqa bir şey deyil.
Köhnə imperialist metodlarına dönən Rusiya yaxında və uzaqda problem və təhlükəsizliyə hədə mənbəyindən başqa bir şey deyil.
Amerikanın, Almaniya və Fransa da daxil olmaqla, digər avropalı tərəfdaşları Rusiyanin ekspansionist çıxışlarına və əməllərinə ciddi yanaşmalı və bu əməllərə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Qərb imkan verməməlidir ki Rusiyanın Gürcustanın ərazi bütövlüyünü pozması ABŞ və onun avropalı müttəfiqləri arasında münasibətləri korlasın. ABŞ və onun Avropalı müttəfiqləri Gürcüstana, onun ərazi bütövlüyü və suverenliyi məsələsində tam diplomatik dəstək göstərməlidirlər.
Qərb Gürcüstanın Rusiyanın aprelin 16-da Abxaziya və Cənubi Osetiya ilə əlaqələri genisləndirmək barədə qəbul etdiyi qərarı muzakirə etmək ücün BMT-nin Təhlükəsizlik Şurasının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fövqəladə iclasının çağırılması təklifini nəzərə almalıdır. Qərb Rusiyanı əsgərlərini Abxaziya və Cənubi Osetiyadakı sülhəramlı kontingentdən geri cağırmağa və onları BMT və ya ATƏT tərəfindən təsdiq edilmis qüvvələrlə, məsələn, əsasən Ukrayna, Rumınya və Polşadan olan sülhməramlıların daxil olduğu kontingentlə əvəz edilməsinə inandırmalıdır.
Buxarest toplantsından iki həftə sonra Putin xarici islər nazirliyinə "Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaslarının hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq məqsədilə hərtərəfli mexanizmlərin işlənib hazırlanmasi" na dair tədbirlər görmək barədə göstəriş verib. Abxaziya və Cənubi Osetiyanın əhalisi Rusiya pasportları daşıyır və Rusiyada keçirilən parlament və prezident seçkilərində iştirak ediblər.
Rusiyanın xarici işlər nazirliyinin məlumatına görə, Putin Rusiya hökumətinə ticarət, iqtisadi, sosial, texnika, elm, informasiya, mədəniyyət və elm sahəsində separatçı respublikalar və Rusiyanin regionları arasında əməkdaşlığın qurulması məqsədilə, sözügedən separat hökumətlərlə birlikdə əməkdaşlığın təşkili üçün birgə işləmək barədə göstəriş verib.
Putin Rusiya hökumətinə bu qanunsuz ərazilərdə qeydiyyatdan keçmiş korporativ qurumların qanuniliyini tanımaq və mülki, ailə və cinayət məsələlərində hüqüqi yardım çərçivəsində, Abxaziya və Cənubi Osetiya ilə əməkdaşlıq etmək barədə də göstərişlər verib. Rusiya xarici islər nazirliyinin konsul idarələri bu anklavların əhalisinə konsul xidmətləri göstərəcək.
Rusiyanın Gürcüstana qarşı despot siyasət yürütməsi ən azi iki səbəblə izah olunur. Birincisi, Rusiya diplomatları və analitikləri 2007-ci ildən bu günə qədər dəfələrlə bəyan ediblər ki, Kosovonun müstəqilliyini elan etməsi və bu müstəqilliyin ABŞ və Avropanın aparıcı ölkələri tərəfindən tanınması Moldovada Rusiyameylli Dnestryani, Gürcüstanda isə,Abxaziya və Cənubi Osetiya kimi separatçı rejimlərin Rusiya tərəfindən tanınmasına gətirib çıxaracaq. İkinci səbəb isə, Gürcüstanın ABŞ tərəfindən dəstəklənən NATO-ya üzv olmaq cəhdinə Rusiyanın qəti surətdə etiraz etməsidir.
Buxarest zirvə toplantısından bir həftə əvvəl, Rusiyanin xarici işlər naziri Sergey Lavrov belə bir bəyanatla cıxış etmişdi ki, "əgər onlar [Gürcüstan] NATO-nun dəstəyini qazana və Abxaziya və Cənubi Osetiyadaki münaqişələri güc yolu ilə həll edərlərsə, bu cox təhlukəli oyun ola bilər... Abxaziya və Cənubi Osetiya Gürcüstanın NATO-ya qoşulması barədə fikirləşmək belə istəmirlər. Odla oynamaq olmaz". NATO-nun Buxarest zirvə görüsündə Prezident Putin Prezident Buşa belə bir xəbərdarlıq göndərdi ki, Gürcüstana ÜƏP təklif olunarsa, Moskva Rusiya və NATO arasında bufer zona yaradacaq. Putin əlavə ədib ki, NATO-nun şərqə doğru genişlənməsi Rusiyanın maraqlarına təhlükə yaradacaq və Rusiya, öz növbəsində, "müvafiq əks tədbirlərə" əl atmağa məcbur olacaq.
18- ci əsrin sonlarından Rusiya imperiyasının müstəmləkə asılılığında olan Gürcüstan sonralar Sovet İttifaqının tərkib hissəsi olub. Hətta SSRİ-nin dağılmasından sonra belə, Moskva Tbilisini hədələməkdə davam edib. 1992-1993-cü illərdə Gürcüstan Abxaziyanın separatçı cəhdlərinin qarşını güc yolu ilə aradan qaldırmağa cəhd göstərsə də, Rusiya silahlanaraq Abxaziya separatçılarına dəstək gostərdi və onlarla birlikdə vuruşmaq üçün Çeçen "könüllüləri"ni də bu əraziyə yərləşdirdi. Nəticədə, Abxaziya de-fakto olaraq ayrıldı və 300.000 gürcüstanlı etnik təmizlənməyə məruz qaldı Tanınmış İslamçı döyüs rəhbəri, daha sonra isə Çeçen qiyamçılarının başçısı Samil Basayev 90-cı illərin əvvəllərində Rusiyanın muzdlu döyüşçüsü kimi Abxaziyada vuruşdu. Abxaziya tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkarların toplaşdığı əraziyə çevrildi.
2006-cı ilin martında Kreml, Gürcüstan arağının, mineral suyunun, meyvə-tərəvəzinin idxalına məhdudiyyətlər daxil olmaqla, Tbilisiyə qarsı bir sıra sanksiyalar tətbiq etdi. Gürcüstan isə, bundan əvvəl , istehsal etdiyi arağın 90%-ni Rusiyaya ixrac edirdi.
2006-cı ilin sentyabrında Gürcüstan Rusiyanın dörd kəşfiyyatçısını müvəqqəti olaraq həbs etdikdən sonra, Rusiya hökuməti Gürcüstan vətəndaşlarının viza əldə etməsinə qadağa qoymaqla, Rusiyada işləyən və ailələrini dolandıran yüz minlərlə Gürcüstan vətəndaşının vəziyyətini gərginləşdirdi. Rusiya cəza tədbiri olaraq Gürcüstanla bütün hava, dəmiryol və poçt əlaqələrini kəsdi. 2006-ci ilin dekabrında, Rusiyanın nəhəng qaz şirkəti Gazprom ilkin olaraq Gürcüstana güzəştlə satılan qazın qiymətini iki dəfədən cox qaldırdı, və nəhayət, 2007-ci ilin avqustunda Rusiyanın iki Su-24 quru hücumları üçün nəzərdə tutulmuş təyyarələri Tbilisidən 50 mil şimalda yerləsən kənddə dəqiq idarə olunan 1 tonluq raketi işə saldı.
Bu ay isə, Putin viza məhdudiyyətlərinin aradan qaldırılması, Gürcüstandan idxalın bərpa edilməsi barədə ikitərəfli danışıqların başlanması və iki olkə arasında sərhəd məntəqəsinin açılması, sərnişin daşınmalarının və poçt əlaqələrinin bərpa edilməsi barədə göstəriş verdi. Viza məhdudiyyətlərinin yumşaldılması və ticarətə qoyulan qadağanın aradan qaldırılması Moskvanın Abxaziya və Cənubi Osetiya ilə genişləndirilmiş münasibətlərinin mənfi nəticələrini kompensasiya etmək məqsədilə atılan bir addımdır.
Vasinqton icazə verməməlidir ki, Rusiyanın Gürcüstana NATO ÜƏP-in təqdim olunmasına qarşı olması ABŞ və onun avropalı müttəfiqləri arasında həll edilməmiş məsələyə çevrilsin. Əksinə, NATO ölkələri Rusiyanin Gürcüstanın ərazi bütövlüyünü pozması müqabilində birləşməlidirlər. ABŞ və onun avropalı müttəfiqləri Moskvanın təcavüzkar siyasətinə cavab olaraq, Rusiyanın Abxaziyanı işğal etməsi faktını pisləməlidirlər. ABŞ və Avropa ölkələri Rusiyanın təcavüzkar çıxışlarına və əməllərinə ciddi yanaşaraq, vahid diplomatik cavab hazırlamalı və bu cəhdlərə qətiyyətlə etiraz etməlidirlər.
Qərb Gürcüstanın Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə əlaqələri genişləndirmək barədə qəbul etdiyi qərarı müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fövqəladə iclasının cağırılması və Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləmək təklifini nəzərə almalıdır.
Vaşinqton və Avropa ölkələri Rusiya əsgərlərini Abxaziya və Cənubi Osetiyadakı Müstəqil Dövlətlər Birliyinin (MDB) sülhəramli kontingentdən geri cağırılması və onların Ukrayna, Rumıniya və Polşadan ola biləcək, BMT və ya ATƏT tərəfindən təsdiq edilmiş sülhməramlılarla əvəz edilməsi barədə Gürcüstanın irəli sürdüyü tələbi dəstəkləməlidir.
Rusiyanın Gürcüstana münasibətdə həyəta keçirdiyi tədbirlər onun qonşuları, Avropa və ABŞ-a bir xəbərdarlıq olmalıdır. Gürcüstan Sərqi Avropanın və Avrasiyanın geosiyasi informasiya məkanında yeni mənbə kimi çıxış edə bilər. Lakin Moskva gələcəkdə Ermənistanın Dablıq Qarabağı Ermənistan dövlətinin tərkibinə qatması cəhdlərini dəstəkləyə bilər. Beləliklə, bu da Azərbaycan üçün bir təhlükədir.
Kreml Qərbin öz ambisiyalarına və müttəfiqlərinin keçmiş Sovet məkanındakı iştahalarına tab gətirə bilmək qətiyyətini sınaqdan keçirir. Rusiyanın Gürcüstana müdaxiləsinin və ya Ermənistanın Qarabağdakı əməllərinin qarşısının alınması üçün göstərilən cəhdlərinin uğursuzluqla nəticələnməsi MDB-də "etnik azlıqlar"in müdafiəsi pərdəsi altında sərhədlərin dəyişdirilməsi və destabilizasiyaya rəvac verilməsi kimi qiymətləndirilə bilər.
Bu, Avropanın qonsuluğundakı münaqişələrin onun şərqinə doğru genişlənnməsi üçün, bir növ, "resept" rolunu oynaya bilər. Avropa bu munaqişələrə laqeyd münasibət göstərə bilməyəcək. Öz növbəsində, ABŞ və Avropa Rusiyaya Abxaziya və Cənubi Osetiyanı Rusiya Federasiyasının tərkibinə qatmaq və yaxud onların müstəqilliyinin tanınmasından imtina etməyə stimul verə bilər.