...

İsveçrə prezidentinin Azərbaycana ilk səfəri uğurla keçir – İlham Əliyev

Siyasət Materials 12 May 2008 17:47 (UTC +04:00)
İsveçrə prezidentinin Azərbaycana ilk səfəri uğurla keçir – İlham Əliyev

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir Y.Əliyev/ İsveçrə Konfederasiyası prezidenti Paskal Kuşpenin Azərbaycana ilk səfəri uğrula keçir. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev, isveçrəli həmkarı ilə birgə birifinqdə bildirib.

Təkbətək və hökumət nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə keçirilən görüşlərin yekunları barədə danışan Əliyev danışıqların konstruktiv olduğunu bildirib.

Prezident hazırki əməkdaşlıq səviyyəsi ilə bağlı razılıq ifadə edib və əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıb. "Bu səfər ikitərəfli münasibətlərə yeni impuls verəcək", - Azərbaycan prezidenti bildirib.

Paskal Kuşpen mayın 10-dan rəsmi səfərlə Azərbaycandadır. Rəsmi danışıqlar mayın 12-də keçirilib. Görüşlərin yekunları üzrə hər hansı ikitərəfli sənəd imzalanmayıb.

Paskal Kuşpenin Azərbaycana səfəri mayın 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti