Azərbaycan , Naxçıvan, 15 may / Trend müxbir E. Məmmədov / Naxçıvanda 30 kəhriz bərpa olunacaq. Bu məqsədlə müvafiq layihə də hazırlanıb.
Bu günlərdə layihə rəhbərləri muxtar respublikada olublar və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov layihə iştirakçıları ilə görüşüblər. Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan üzrə rəhbəri Sarap Taş, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Cənubi Qafqaz üzrə Regional direktoru Decher Müller, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri, İsveçrə Səfirliyi Regional direktorunun müavini Filip Gener, Əməkdaşlıq Ofisinin Milli Proqram rəhbəri Oktay Gülalıyev və Beynəlxalq Miqrasiya Təşkilatının Naxçıvan Ofisinin rəhbəri Lusiu Dubertusi iştirak ediblər.
Görüş zamanı bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı 1999-cu ildən Naxçıvanda fəaliyyət göstərir və 2007-ci ilin noyabr ayınadək muxtar respublikanın müxtəlif bölgələrində 29 ədəd kəhriz bərha olunaraq sakinlərin istifadəsinə verilib.
O da qeyd olunub ki, təşkilat növbəti mərhələdə 30 kəhrizin bərpasını nəzərdə tutub və artıq 13 kəhrizdə bərpa işlərinə başlanılıb.