Ukrayna, Kiyev, 17 may/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Baş naziri Timoşenko Nazirlər Kabineti haqqında qanunun qəbul edilməsi ilə hökumətin səlahiyyətlərini azaldan normalarla razılaşıb. Ukrayna eksperti Mixail Poqrebinski belə hesab edir.
Ukrayna Parlamenti bu gün "Nazirlər Kabineti haqqında" qanunun prezidentə Baş nazirin namizədliyini rədd etmək hüquq verən yeni variantını qəbul edib. Qanun Nazirlər Kabinetinin icraedici hakimiyyət orqanları sistemində ali orqan olduğunu və icraedici hakimiyyəti birbaşa, nazirliklər, digər mərkəzi icra hakimiyyəti orqanları və yerli dövlət administrasiyaları vasitəsilə həyata keçirdiyini müəyyən edir. Nazirlər Kabineti prezident və parlament qarşısında məsuliyyət daşıyır.
"Doğrusunu söyləsəm, mən Timoşenkonun bunu nə üçün etdiyini pis anlayıram. Lakin ilkin təəssürat belədir ki, Timoşenko prinsip etibarilə Konstitusiyanı pozan bir çox məsələlərlə razılaşıb. Ola bilsin ki, o kiminsə bu qanunu Konstitusiya Məhkəməsinə göndərəcəyinə və onun ləğv ediləcəyinə ümid edir", - Ukraynanın Siyasi Analiz və Konfliktologiya Mərkəzinin direktoru Poqrebenski cümə günü Trend -a bildirib.
Öz növbəsində Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasyev hesab edir ki, bu gün Ali Radada Nazirlər Kabineti haqqında qanunun qəbulu Ukrayna Dövlət Əmlakı Fondu ətrafındakı vəziyyətin aydınlaşdırılması üçün zəmin yaradır.
"Nazirlər Kabineti haqqında qanunun qəbulu Ali Rada və koalisiyanın işinin açıldığına dəlalət edir. İkincisi, bu hadisə bu həftə parlamentdə, koalisiyada və prezident və Baş nazir arasında yaranmış hazırki pat vəziyyətdən müəyyən çıxışdır. Bu digər məsələlərin və birinci növbədə, Dövlət Əmlakı Fonuna dair məsələlərin açıla biləcəyinə imkan verir", - Karasev cümə günü Trend -a bildirib.
Cümə günü Yuliya Timoşenko Bloku, "Bizim Ukrayna - Xalq özünümüdafiəsi" və Litvinin Bloku Ali Radada qanun qəbul edilməsinin lehinə səs veriblər. Regionlar Partiyası və Ukrayna Kommunist Partiyası səs verməyiblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]