Ukrayna, Kiyev, 23 may/ Trend , müxbir D.Novosvitski/ Xəzər, Qara və Baltik dənizi regionunda enerji təhlükəsizliyi məsələləri üzrə dördüncü sammit Bakıda keçiriləcək. Bu barədə Kiyevdə keçirilən üçüncü enerji sammitinin yekunları üzrə Ukrayna prezidenti Viktor Yuşşenko cümə günü Kiyevdə Trend -a məlumat verib.
Əvvəllər yuxarı dairələrdə Kiyev görüşünün yekunları üzrə mətbuat konfransında Yuşşenko bildirib ki, növbəti sammitdə dövlətlərarası İşçi qrupun hesabatını nəzərdən keçirmək planlaşdırılır. İşçi qrupun yaradılması haqqında qərar bu gün Kiyevdə qəbul edilib. Yuşşenko bildirib ki, qrup milli qanunvericilik və Aİ qanunvericiliyinə müvafiq olaraq, Xəzər-Qaradəniz-Baltik enerji tranziti məkanının yaradılmasının qarşıqlı məqbul mexanizm və prinsiplərinin hazırlanması və tətbiqinə dair tövsiyələrin qəbul edilməsi məqsədilə yaradılıb.
Enerji təhlükəsizliyi məsələləri üzrə Kiyev sammitində Azərbaycan, Gürcüstan, Latviya, Litva, Polşa, Estoniya prezidentləri iştirak ediblər.
Enerji təhlükəsizliyi üzrə birinci sammit matda Krakovda, ikinci isə ötən ilin oktyabrında Vilnüsdə keçirilib.
Bakıda enerji sammitinin noyabrda keçiriləcəyi gözlənilir.