...

Azərbaycanın müxalif partiyasının BŞİH-yə qarşı məhkəmə iddiasına baxılıb

Siyasət Materials 30 May 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir E.Babayev/ Bu gün Səbail rayon məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Vəkili Tofiq Yaqublunun cümə günü Trend -a verdiyi məlumata görə, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı iyun ayının 10-na təyin edilib.

Trend -un arayışı: Müsavat mayın 4-nə, daha sonra isə 18-nə təyin etdiyi aksiyaları təxirə salıb. Buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın partiyanın istədiyi yerlərdə (Füzuli meydanı, "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı, Ukrayna meydanı, keçmiş "Qələbə" kinoteatrının qarşısı və "Nərimanov" metrostansiyası qarşısı) yox, "Bibiheybət" qəsəbəsində keçirilməsinə icazə verməsidir. Partiya mayın 4-də keçirilməsi gözlənilən aksiyaya icazə vermədiyi üçün meriyanı məhkəməyə verib. Partiya mayın 4-nə təyin etmək istədiyi mitinq üçün BŞİH-nin uyğun yer ayırmaması ilə bağlı qərarının qanunsuz sayılmasını və ləğvini tələb edir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

[email protected]

Xəbər lenti

Xəbər lenti