...

Azərbaycan prezidenti mülki aviasiya işçilərini təltif edib

Siyasət Materials 2 İyun 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi mülki aviasiya işçiləri Maliyev Sergey Petroviç və Nəzərov Cəfər Əminulla oğlunun "Şöhrət" ordeni, Bayramov Vagif Ələkbər oğlu, Əhmədov Fəxrəddin Əhməd oğlu, Gülməmmədli Mənşur Allahverdi oğlu, İlyasov Sabir Gülmirzə oğlu, Qamov Qriqori Qavriloviç, Məhəmmədov İqraməddin Əliyeviç, Məlikova Gülbəniz Yusif qızı, Nəcəfov Bəylər Yəhya oğlu, Sadıqzadə Vüqar Sadiq oğlu, Tarasov Vitali Alekseyeviç, Vəliyev İlqar Vəli oğlunun "Tərəqqi" medalı ilə təltif olunmasına dair sərəncam imzalayıb.

Prezidentin digər sərancamları ilə mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə Nazim Gülbaba oğlu Cavadova "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı, Şövkətxanım Məmmədbəy qızı Ataməlibəyovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Xəbər lenti

Xəbər lenti