...

Azərbaycan prezidenti Rusiyanın "Qazprom" ASC idarə heyətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 İyun 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend / Prezident İlham Əliyev bazar ertəsi Rusiyanın "Qazprom" ASC idarə heyətinin sədri, Direktorlar Şurasının sədr müavini Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı regional neft-qaz layihələrinin uğurla icra olunduğu, yanacaq-energetika kompleksinin daha da inkişaf etdirilməsi istiqamətində işlərin sürətlə aparıldığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti