...

Azərbaycanın prezidenti Israilin milli infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 2 İyun 2008 22:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may/ Trend / Azərbaycanın prezidenti Ilham Əliyev iyunun 2-də Israilin milli infrastruktur naziri Binyamin Ben-Eliezerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Binyamin Ben-Eliezer Israil Prezidenti Şimon Peresin və Baş nazir Ehud Olmertin salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycanda gedən inkişaf prosesləri ilə, xüsusilə infrastruktur sahəsində görülən işlərlə yaxından tanış olmaqdır.

Dövlətimizin başçısı Azərbaycanda infrastruktur sahəsində həyata keçirilən genişmiqyaslı layihələrdən danışdı və bu işlərin ardıcıl olaraq davam etdiriləcəyini vurğuladı. Prezident Ilham Əliyev Prezident Şimon Peresin və Baş nazir Ehud Olmertin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını Israilin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti