...

Azərbaycanda yüngül neft hasilatı artıb

Siyasət Materials 6 İyun 2008 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun/ Trend / "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-mayda 15,6 mln. ton Azeri Light növlü neft hasil edib. 2007-ci ilin yanvar-mayında bu rəqəm 13,8 mln. ton təşkilk edib. Bu barədə cümə günü ABƏŞ-dən məlumat veriblər.

Yanvar-may ərzində ümumi hasilat həcmindən 2,5 mln. tondan çox neft "Çıraq", 12,8 mln. tondan çox "Azəri" , 195 min tondan çox aprelin sonunda hasilatın başladığı "Günəşli" yatağının dərinsulu hissəsinin payına düşüb.

ABƏŞ-də bildiriblər ki, mayda "Çıraq" yatağında hasilat 2007-ci ilin mayında 607,2 min tona qarşı 524,2 min ton təşkil edib. "Azəri" yatağından 2,65 mln. ton neft hasil edilib. 2007-ci ilin mayında bu rəqəm təqribən 2,38 mln. ton olub. Mayda "Günəşli" yatağıdan 154 min ton neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti