...

Azərbaycan prezidentinə hakimlərin sayının artırılması üçün siyahı təqdim olunub

Siyasət Materials 9 İyun 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmənin və Apellyasiya məhkəmələrinin hakimlərinin sayı artırılacaq.

Məhkəmə-Hüquq Şurasının (MHŞ) cümə günü keçirilən iclasında həmin məhkəmələrə hakimliyə namizədlərin siyahısı müəyyənləşdirilib. Məlumatlı mənbə Trend -a bildirib ki, MHŞ-nin iclasında Ali Məhkəməyə 6 hakimin, Apellyasiya məhkəmələrinin hər birinə isə bir hakimin namizədliyi verilib.

Hakimliyə namizədlərin siyahısı təsdiq olunmaq üçün prezidentə göndərilib.

Prezident həmin namizədlərin təsdiq olunması üçün Milli Məclisə təqdimat verəcək və qanunverici orqan hakimləri həmin vəzifələrə təsdiqləyəcək.

Məlumatlı mənbə hamizədliyi irəli sürülən hakimlərin adlarını açıqlamayıb.

MHŞ-dən iclasla bağlı məlumat almaq mümkün olmayıb.

Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir. Onlardan 27-si Ali Məhkəmənin, 31-i Bakı, hər birində 7-si olmaqla Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhər Apellyasiya məhkəmələrinin hakimləridir.

Qanunvericilikdə Ali Məhkəmənin hakimlərinin sayı 45, Bakı Apellyasiya Məhkəməsində 50, digər Apellyasiya məhkəmələrində isə 14 nəfər müəyyənləşdirilib.

Azərbaycan hakimlərinin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdən birini tutur. Hakimlərin sayının azlığı məhkəmələrdə iş yükünün çox olmasına səbəb olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti