...

Leyla Əliyevanın təşəbbüsü İKT XİNŞ-nin iclasında müzakirə olunur

Siyasət Materials 20 İyun 2008 11:08 (UTC +04:00)
Leyla Əliyevanın təşəbbüsü İKT XİNŞ-nin iclasında müzakirə olunur

Azərbaycan, Bakı, 20 iyun / Trend / Uqandanın paytaxtında keçirilən İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 35-ci sessiyası çərçivəsində İKT-nın Dialoq və Əməkdaşlıq naminə Gənclər Forumunun (İKT GF) irəli sürdüyü qətnamə nəzərdən keçirilir. Təşkilatın press-relizində bildirildiyinə görə, bu barədə İKT GF-nun Baş katibi Elşad İsgəndərov məlumat verib.

Bu qətnamə İKT ölkələrində humanitar faciə qurbanları gününün müəyyən edilməsini nəzərdə tutur. Qətnamə vahid anım gününün təsdiq edilməsi ilə yanaşı, həmçinin müsəlman xalqlarının XX əsrdə məruz qaldığı humanitar qəzalar, təcavüzlər və etnik təmizləmələr barədə düzgün məlumatın yayılması üçün kampaniyaların keçirilməsini nəzərdə tutur. 2009-2010-cu illər kampaniyasının prioriteti kimi İKT GF-nun Sivilizasiya və Mədəniyyətlərarası Diloq üzrə Baş koordinatoru Leyla Əliyevanın "Xocalı həqiqətləri: Qarabağın azad edilməsi" təşəbbüsü təklif olunub.

Kampaniya İKT-nın 57 ölkəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması barədə düzgün informasiyanın yayılmasını, həmçinin kampaniya tezisinin imic əksinin yerləşdirilməsi üçün informasiya veb-portalının yaradılmasını nəzərdə tutur.

Kampaniya çərçivəsində Xocalı faciəsinin tanınmasına dair məsələnin qoyulması nəzərdə tutulur.

İKT GF-nun təşəbbüsünə əsasən, Xocalı faciəsinə İKT XİNŞ-nin 2007-ci ilin mayında İslamabada keçirilən sessiyasında siyasi qiymət verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti