...

Azərbaycanın GUAM-a sədrliyi başa çatır

Siyasət Materials 23 İyun 2008 17:10 (UTC +04:00)

Fransa, Strasburq, 23 iyun/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Azərbaycanın "Demokratiya və İqtisadi İnkişaf Uğurunda Təşkilat - GUAM"-a sədrliyi başa çatır. "İyunun 24 - də Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən, Azərbaycanın "Demokratiya və İqtisadi İnkişaf  Ugrunda Təşkilat-GUAM"-a sədrliyinin başa çatması münasibəti ilə, Strasburqda yerləşən Avropa Parlament Assosiasiyalarının binasında tədbir təşkil ediləcək", - deyə bazar ertəsi Trend -a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən bildirilib.

Trend -un arayışı: GUAM - da dörd dövlət - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna təmsil olunur.

Məlumatda qeyd olunub ki, tədbirdə GUAM ölkələri, Polşa, Ruminiya, Bolqarıstan, Macarıstan, Baltikyanı dövlətlərin AŞPA-dakı parlament nümayəndə heyətləri və onların Avropa Şurası yanında akkreditə olunan Daimi Nümayəndəlikləri, Avropa Şurasının məsul şəxsləri və digər xarici qonaqlar dəvət olunublar. Azəbaycan diasporunun üzvləri də tədbirə dəvət alıblar.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti