...

Strasburqda Yay Universiteti çərçivəsində Azərbaycan və Ermənsitan siyasi məktəblərinin nümayəndələrinin görüşü nəzərdə tutulub

Siyasət Materials 25 İyun 2008 07:08 (UTC +04:00)
Strasburqda Yay Universiteti çərçivəsində Azərbaycan və Ermənsitan siyasi məktəblərinin nümayəndələrinin görüşü nəzərdə tutulub

Fransa, Strasburq, 25 iyun. / müxbir Trend A.Məhərrəmli / 30 iyun ї 4 iyul 2008-ci il tarixlərində Strasburqda Siyasi Məktəblər öz Yay Universiteti çərçivəsində Azərbaycan və Ermənsitan siyasi məktəblərinin nümayəndələrinin görüşü nəzərdə tutulub. Bu haqda jurnalistlərə Avropa Şurasının Katibliyinin Siyasi Işlər və demokratiya məsələlri üzrə Baş direktoru Jan Lui Loran məlumat verib.

O qeyd edib ki, bu ilki Yay Universiteti çərçivəsində Ermənsitan və Azərbaycandan olan dinləyicilərin görüşü nəzərdə tutulub. O bu gürüşün 3 iyul tarixində günün ikinci yarısında baş tutacağını bildirib. O həmçinin əlavə edib ki, bu cür görüşlər keçən ildə keçirilib və 2007-ci ilin dekabr ayında Isveçdə keçirilən görüş də buna nümunədir.

Qeyd edək ki, bu Avropa Şurası tərəfindən təşkil edilən üçüncü Yay Universitetidir ve " Idarəetmə, Hakimiyyət və Demokratiya " mövzusu müzakirə olunacaq əsas mövzulardan biridir. Tədbirə 16 Avropa ölkəsindən 600 iştrakçı qatılacaq.

Xatırladaq ki, Avropa Şurasının ilk siyasi məktəbi 1992-ci ildə siyasi, iqtisadi, cəmiyyət və mədəni sahələrdə yeni nəslin formalaşdırılması məqsədilə Moskvada yaradılıb. Hal-hazırda 16 siyasi məktəb mövcuddur: Rusiya, Gürcüstan, Bolqarıstan, Moldova, Azərbaycan, Ermənsitan, Xorvatiya və s. mövcuddur. Bu cür yay məktəbləri ümumi maraq doğuran məsələlərin birgə nəzərdən keçirilməsinə və ikitərəfli və regional əlaqələrin qurtulmasına imkan verir.

O habelə əlavə edib ki, hər iki ölkənin dinləyicilərinin iştirakı ilə cari ildə iki tədbir keçiriləcək. Belə ki, cari ilin sentyabr ayının ortasında Rumıniyada Ermənsitan, Azərbaycan siyasi məktəblərinin nümayəndələrinin iştirakı ilə KIV mövzusunda konfrans keçiriləcək. Bu konfrans Gürcüstan nümayəndələri də dəvət olunub. Noyabr ayında isə Fransada hər iki ölkənin dinləyicilərinin görüşü keciriləcək.

Yay Universitetinin işində AŞ-nın Baş Katibi Terri Devis, Monteneqronun prezidenti Filip Vujanivic, Strasburq şəhərinin meri Rolan Ris açiliş nitqi söyləyəcək. Bundan əlavə, Kanadanın sabiq Baş Naziri Kim Campbell, Rusiyanın keçmiş Baş naziri Egor Gaydar, Belarusun keçmiş Ali sovetin sədri Stanislav Şuşkeviç, Avropa Insan Haqlar məhkəməsinin sədri Jan pol Kosta iştirak edəcək.

5 günlük sessiyada bir çox mövzular ətrafinda konfranslar təşkil ediləcək.

Azərbaycan bu məktəbdə ikinci dəfədir ki, iştirak edir.

Xəbər lenti

Xəbər lenti