...

AŞPA-da Türkiyə ilə bağlı hesabat mübahisələrə səbəb olub

Siyasət Materials 27 İyun 2008 18:06 (UTC +04:00)

Fransa, Strasburq, 27 iyun / , müxbir A.Məhərrəmli/ AŞPA-nın yay sessiyasının cümə günü keçirilən sonuncu plenar iclasında Türkiyəyə aid İsveçrəli parlamentar Andreas Qrossun hesabatı müzakirə olunub. "Gökçeada ə Bozcaada adalarında yaşayan əhalinin maraqlarını qorumaq məqsədilə Türkiyə ilə Yunanıstan arasında əməkdaşlığın bir modeli kimi, hər iki türk adasının iki mədəniyyətli xüsusiyyətini qorumaq" adlı hesabat mübahisələrə səbəb olub.

Belə ki, hazırlanan hesabatın üzərində adaların türk dilində olan huququ adlarından başqa, mötərizə içərisində bu adaların adları yunanca da "İmbros" və "Tenedos" kimi göstərilmişdi. Bu da turkiyəli millət vəkillərinin etirazına səbəb oldu. Hesabatda əsas məsələ Gökçeadada yaşayan 250 nəfər, Bozcaadada yaşayan 25 nəfər yunan mənşəli azlıqların huquqlarının qorunması ilə bağlı idi.

Hesabatda qeyd olunur ki, yunanlar bu adalardan çıxıb getməyə məcburdurlar və bunun da qarşısının alınması, adalarda yunan ortodoks məktəblərinin açılması tövsiyə olunur. Bildirilir ki, bu tədbirlər uzun zamandan bəri adada yaşamış və sonradan oranı tərk etmiş yunanların yenidən adalara qayıtmasına xidmət etmiş olar.

Türkiyə millət vəkilləri bunun daha çox iqtisadi problemlərlə bağlı olduğunu bildiriblər ; adada lazımi iqtisadi inkişaf olmadığından, adanı tək yunanlar deyil, türk mənşəli insanlar da tərk edirlər. Kipr adasında türk tərəfini təmsil edən millət vəkilinin çıxışı zamanı iclası aparan sədr, serbiyalı parlamentar Miloş Aliqrudiç onun sözünü bir neçə dəfə kəsib və bu da Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun ciddi etirazına səbəb olub.

Türkiyə üçün əhəmiyyətli olan bu müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də fəal iştirak ediblər və hesabata dəyişikliklər edilən zaman Türkiyənin mənafeyinə uyğun bəndlərin lehinə səs veriblər. Edilən dəyişikliklər Türkiyənin mənafeyine tam uyğun olsa da, türklər üçün ümumilikdə bu hesabatın ASPA-da müzakirəsi o qədər də arzuolunan deyildi. Buna baxmayaraq, hesabat sonda bəzi dəyişikliklərlə qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti