...

NATO Azərbaycan Silahlı Qüvvələri üzərində demokratik nəzarətin gücləndirilməsini tələb edir (video)

Siyasət Materials 27 İyun 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir S.Ağayeva/ NATO- nun fikrincə, Azərbaycan rəhbərliyi qarşısında duran ən vacib məsələ Silahlı Qüvvələr üzərində demokratik nəzarətin gücləndirilməsidir. Bu barədə cümə günü Bakıda keçirilən mərbuat konfransında NATO -nun Cənubi Qafqaz üzrə Baş katibinin xüsusi nümayəndəsi Robert Simmons bildirib.

"Bu, müdafiə naziri vəzifəsinə mülki şəxsin təyin edilməsi və ya Silahlı Qüvvələr üzərində parlament nəzarətinin gücləndirilməsi ola bilər", - o deyib.

Silahlı Qüvvələr üzərində demokratik nəzarət Müdafiə Nazirliyində antikorrupsiya tədbirlərinin də görülməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq, NATO Azərbaycanda Alyansın İnam Fondunun xüsusi layihəsini həyata keçirməyi planlaşdırıb.

Simmonsun sözlərinə görə, NATO ümumilikdə Azərbaycanla əməkdaşlıqdan razıdır. O, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Müdafiə naziri Səfər Əbiyevlə və digər dövlət orqanlarında görüşlərdə əməkdaşlığın hazırkı vəziyyətini və onun perspektivlərini müzakirə edib.

Simmonsun qeyd etdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması müvəffəqiyyətlə gedir və Azərbaycan bu sahədə bir çox nailiyyətlər qazanıb.

Xəbər lenti

Xəbər lenti