...

Bakıda Azərbaycanın xarici diplomatik missiya başçılarının iclası keçirilir

Siyasət Materials 7 İyul 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir R.Novruzov/ Bazar ertəsi Bakıda Azərbaycanın xarici diplomatik və konsulluq missiyalarının başçılarının üçüncü iclası keçirilir.

Görüşdə prezident İlham Əliyev də iştirak edir. Dövlət başçısının xarici siyasətin aspektləri və gələcək strategiyası barədə nitq söyləyəcəyi gözlənilir.

İclasda xaricdə akkreditə olunmuş 55 diplomatik və konsulluq missiyalarının başçıları iştirak edir.

Xəbər lenti

Xəbər lenti