...

Vahid İslam valyutasının yaradılması İslam ölkələrində vəziyyəti yaxşılaşdıracaq – İran prezidenti

Siyasət Materials 7 İyul 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir T.Cəfərov / İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad bildirib ki, vahid islam valyutasının yaradılması İslam ölkələrinin vəziyyətinin yaxşılaşdırılmasına faydalı şərait yaradacaq.

Əhmədinejad Malayziyanın keçmiş Baş naziri Mahatir Məhəmməd ilə görüşündə əlavə edib ki, vahid islam valyutasının yaradılması üçün mütəxəssis rəylərinin və icra prosedurlarının tezləşdirilməsinə təkid edib. Bu barədə İranın "İRNA" xəbər agentliyi məlumat yayıb.

İran prezidenti İslam ölkələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsini təkid edib və bu ölkələrdə əlaqələrin genişləndirilməsi üçün kifayət qədər potensialın olduğunu vurğulayıb.

Əhmədinejad bu görüşdə Amerika və bəzi Qərb dövlətlərinin İslam ölkələri arasında münasibətlərin genişlənməsindən narahat olduğunu bildirib.

Əhmədinejad D 8 qrupuna üzv ölkələrin (Inkişaf etməkdə olan Islam dövlətləri) başçılarının 6-cı sammitində iştirak etmək üçün Malayziyada səfərdədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti